{category-title}

“Hər 3 əlildən biri qohum nikahlarından doğulur” – Həkimdən SENSASİON AÇIQLAMA
Azərbaycanda qohum evliliyi qanunla qadağa oluna bilər. Artıq bununla bağlı ictimai müzakirələr başlayıb.  Müzakirələrin ümumi yekunu budur ki, əmi, xala uşaqları arasında evlilik qadağan olunsun. Çünki yaxın qohumla evlilik doğulacaq uşaqların səhətində ciddi fəsadlar yaradır.
Nəzərə alaq ki, dünyanın bir sıra ölkələrində anoloji qərarlar qəbul edilib. Məsələn, 3-4-cü dərəcəli qohumlar arasında evlilik bir sıra Avropa, Cənub-Şərqi Asiya ölkələrində, Çində, Vyetnamda, ABŞ-ın 24 ştatında və s. ölkələrdə qadağan olunub.
Artıq məsələ Milli Məclisdə də müzakirə obyekti olub.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim Abbas Bağırov bildirdi ki, yaradılışda bu hal mövcuddur ki, digər canlılarda erkək və dişi fərdlərin cinsi təmasından törəyən döldə genetik xəstəliklər aşkar olunmadığı halda, məhz insanların qohum evlilikləri zamanı  xromosomlar və onların genlərində baş verən dəyişikliklər xəstəliklərin yaranmasına səbəb olur:
“Azərbaycanda 15-dək irsi xəstəlik qeyd alınıb. Təəssüf  ki, bunların böyük hissəsinə qohum evliliklərindən dünyaya gələn şəxslərdə rast gəlinir. O cümlədən, əlillərin və fiziki qüsurluların 1/3-i məhz qohum nikahlarından doğulanlardır.
Genetik xəstəliklərə qohum evlilikləri nəticəsində daha çox rast gəlindiyi statistik göstəricilərlə təsdiq olunub. Bətndaxili və yaxud doğuşdan sonra baş verən ölüm hallarının 25%-nə qohum evlilikləri zamanı təsadüf olunur, 10% hallarda isə tamamilə uşaq olmur.  
Qohum nikahları zamanı cütlüklərin hər ikisi eyni kökdən olduğu üçün qüsurlu genlərin  birləşmə ehtimalı daha yüksəkdir. Qüsurlu genlər birləşərkən körpə dünyaya qüsurlu gəlir, qan xəstəlikləri-talassemiya, hemofiliya, dayaq hərəkət sistemi xəstəliklərinin, nevroloji xəstəliklərin, əqli inkişaf geriliyinin  formalaşma ehtimalı yüksəlir. Ana bətnində dölün ölməsi, hamiləliyin erkən bitməsi, ürək qüsurları, uşaqların cılız doğulması hallarına da ən çox qohum nikahlarında rast gəlinir”. 
Abbas Bağırov onu da qeyd edib ki, respublikamızada  uşağı xəstə doğulan valideynlərin Ailə Planşladırması Mərkəzinə müraciətləri artmaqdadır:
“Qohum nikahlardan dünyaya gələnlərin 10%-ə qədərində ata tərəfindən ötürülən irsi xəstəliklər əsas rol oynayır.  Qohum evliliyi istəyən cütlüklər bilməlidirlər ki, bu cür evlilikdən yaranan xəstəliklərin çoxu tam müalicə oluna bilmir. Onlardan dünyaya gələcək uşaqların sağlamlıqları və yaşamaq ehtimalı aşağı olacaq, daimi həkim nəzarətində dərmanlardan asılı vəziyyətdə qalacaqlar. Nəticədə valideynlər həmişə maddi, fiziki və mənəvi  problemlər içərisində qalırlar. Qohum nikahların ən çox verdiyi fəsadlardan biri də sonsuzluqdur”.
Bizim.Media

Son xəbərlər

Milli Məclisin sədri Serbiyaya işgüzar səfər edib

ABŞ ordusu İranın Küveytdə hərbi bazaya atdığı 2 ballistik raketi zərərsizləşdirib

Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir

Moldova rəsmisi: Azərbaycan şaxələndirilmiş qaz mənbələrinə çıxışımızda mühüm rol oynayıb

Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib

Qəbul imtahanının 2-ci cəhdində iştirak üçün qeydiyyat başlayıb

İlham Əliyev Donald Trampa 907-ci düzəlişin istisnasının uzadılmasına görə təşəkkür edib

Sabah Bakıda 23, bölgələrdə 28 dərəcə isti olacaq

BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq

Emin Əmrullayev Gəncədə vətəndaşları qəbul edəcək

Şəhid övladlarının iştirakı ilə "Yol polisimizlə bir gün" adlı tədbir keçirilib

Minifutbol üzrə Avropa çempionatı: Azərbaycan millisi bu gün Qazaxıstanla qarşılaşacaq

Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib

İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

BMT-yə vaxtında ödəniş edənlər: Britaniya, Azərbaycan, Almaniya... - ADLAR

İranın XİN başçısı müsəlman ölkələrini həmrəyliyə çağırdı

KİV: İranın dəniz blokadası davam edir, gəmilər ABŞ tərəfindən dayanma xəbərdarlığı alır

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

ABŞ-ın müharibə naziri: Çin ölkəmizin təhlükəsizliyini təhdid edə bilməməlidir

KİV: İranın Küveytdəki bazaya zərbəsi nəticəsində 5 amerikalı hərbçi yaralanıb

Azərbaycan lideri Xorvatiya Prezidentini təbrik edib

Bütün xəbərlər