{category-title}

Azərbaycanda film kimi OLAY – Əvvəl ana, sonra nənənin küçəyə atdığı bacılar sığınacağa YERLƏŞDİRİLDİ

Ailəsi tərəfindən imtina edilən daha iki yeniyetmə qız sığınacağa yerləşdirilib.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib. Onun sözlərinə görə ana və nənənələri tərəfindən tərk edilən bacılar “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına gətirilib:

“Onlar körpə olarkən ana-ata ayrılıb. Uşaqlar nənənin himayəsində qalıblar. Bir müddət uşaqları nənə böyütsə də sonradan o da imtina edib. Uşaqları bir bağçanın qarşısına qoyub gedib. Uşaqlar polis tərəfindən uşaq evinə yerləşdiriliblər. İllər keçib və körpələr böyüyüblər. Uşaq evində olarkən analarını istədiklərini və artıq anaları ilə qalmaq istədiklərini deyiblər. Anaları tapılıb və uşaqlar anaya təhvil verilib. Uşaqların ən acı günləri də bundan sonra başlayıb. Anaları hər gün onları döyərək ağır zülmlər edib. Sonunda isə olan olub...”

Mehriban Zeynalovanın sözlərinə görə, ötən gün axşam vətəndaşlar iki qız uşağının sahibsiz qaldığını görüb dərhal polisə məlumat veriblər:

“Hadisə təkrarlanıb. Əvvəl nənələri, indi isə anaları təkrarlayıb onların travmalarını... Böyük qızın gözləri hədsiz zəif görür və bacısının çox vaxt qolundan tutaraq gəzir. Qızların dediyinə görə anaları yenicə evlənib və onlardan əlavə daha 3 uşaq var”.

Sığınacaq rəhbəri gözü zəif görən qızın müayinədən keçirilməsini və hər iki uşağa geyimlə bağlı dəstək göstərilməsini xahiş edib. (Bizim.Media )

Son xəbərlər

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

Bütün xəbərlər