Pakistanda avtobus qəzası - 17 ölü, 41 yaralı
Pakistanın cənub-qərbindəki Lasbela bölgəsində sərnişin avtobusu qəzaya uğrayıb.
Hadisə nəticəsində 17 nəfər ölüb, 41 nəfər yaralanıb.
Hadisənin səbəbi kimi avtobusun böyük çökəkliyə düşməsi göstərilir.
Yaralılar xəstəxanaya yerləşdirilib.