{category-title}

Sahibə Qafarova Mövlud Çavuşoğlu ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, görüşdə qardaş ölkələrimiz arasında münasibətlərin özünün ən yüksək səviyyəsində olduğu, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını rəhbər tutan Azərbaycan və Türkiyənin bütün məsələlərdə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətlərinin, onların siyasi iradəsinin və qətiyyətinin nəticəsidir ki, münasibətlərimiz müttəfiqlik səviyyəsinə çatıb. Bu gün Azərbaycanla Türkiyənin birgə fəaliyyəti, həyata keçirdiyi irimiqyaslı layihələrin regional və beynəlxalq səviyyədə əməkdaşlığa mühüm töhfələri qeyd edilib.

Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsində parlamentlərimiz də vacib rol oynayır. Tərəflər bu istiqamətdə mövcud olan əlaqələrin səviyyəsindən məmnunluqlarını qeyd ediblər. Vurğulanıb ki, qanunverici orqanlarımız parlament komitələri, dostluq qrupları və parlament aparatları səviyyəsində əməkdaşlıq həyata keçirirlər.

Spiker Sahibə Qafarova özünün Türkiyəyə rəsmi səfərlərini, həmçinin, TBMM sədri Numan Kurtulmuşla görüşlərini məmnunluqla xatırladıb və qarşılıqlı səfərlərin parlamentlərimiz arasında əlaqələrin yüksək səviyyəsinin göstəricisi olduğunu söyləyib. Görüşdə “Azərbaycan Respublikasının Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında əməkdaşlıq haqqında” Sazişin Şuşa Bəyannaməsinin parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçirilməsi və Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də əks etdirilməsi baxımından mühüm bir mexanizm olduğu vurğulanıb.

Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Mövlud Çavuşoğlu bu il ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevin tarixi səs fərqi ilə qələbə qazanması münasibəti ilə təbriklərini çatdıraraq, deyib ki, bu qələbə Prezident İlham Əliyevin xalq qarşısındakı misilsiz xidmətlərinin, Qarabağ zəfərinin nəticəsidir.

Görüşdə parlamentlərimizin beynəlxalq platformalarda əməkdaşlığının hazırkı səviyyəsindən razılıq ifadə olunub. Qeyd edilib ki, parlamentlərimiz mühüm əməkdaşlıq istiqamətlərindən biri də ayrı-ayrı beynəlxalq parlament təşkilatlarındakı nümayəndə heyətlərimiz arasında onsuz da çox sıx olan əlaqələrin daha da gücləndirilməsi, ortaq mövqeyin formalaşdırılması, birgə fəaliyyətin təmin edilməsi üçün müntəzəm ünsiyyət kanallarının yaradılmasıdır. Mövlud Çavuşoğlunun bugünkü səfəri də hər iki parlamentin bu istiqamətdə əlaqələri gücləndirmək niyyətini əks etdirir.

Söhbət zamanı xüsusilə vurğulanıb ki, bu gün bəzi beynəlxalq təşkilatlarda ölkələrimizə qarşı ikili standartların şahidi oluruq. Ölkəmizə qarşı xüsusi qərəzliliyi ilə seçilən təşkilatlardan biri də Avropa Şurasının Parlament Assambleyasıdır. Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, bu gün AŞPA təəssüf ki, Mövlud Çavuşoğlunun prezident olduğu dövrdəki qurum deyil. Bu təşkilat çox dəyişib. Artıq AŞPA-da dəyərlər qalmayıb, təşkilat obyektivliyini itirib.

Söhbət zamanı regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasının da vacibliyi qeyd edilib. Mövlud Çavuşoğlu diqqətə çatdırıb ki, Azərbaycanın sabitliyi, inkişafı təkcə region üçün deyil, Avropa və Asiya üçün də əhəmiyyətlidir. O, çox təəssüflə bildirib ki, bu gün Fransa başda olmaqla, Ermənistana mənfi təsir edən ölkələr var. Lakin Azərbaycan tək deyil. Türkiyə sülhü dəstəkləyir və qardaş ölkə olaraq bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

WUF13 çərçivəsində ictimai nəqliyyatda görülən işlər açıqlanıb

Tailandda qatar avtobusla toqquşub, azı 8 nəfər ölüb, 20 yaralı var

Metroda zarafat edənlər cərimələnəcəklər - Ciddi xəbərdarlıq

Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb

Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb

BİZİM TƏQVİM:16 mayda baş vermiş tarixi hadisələr

Biləsuvarın bəzi ərazilərində üç saat işıq olmayacaq

WUF13 üçün onlayn qeydiyyat başa çatıb

Bağçalara sənəd qəbulu üzrə növbələrin yaradılması dayandırılır

Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib

Birinci Qarabağ müharibəsinin 2 itkin-şəhidi Füzulidə dəfn edilib

Türkiyə Prezidenti: Böhranlar Türk dünyasının həmrəylik içində hərəkət etməsinin əhəmiyyətini ortaya qoyub

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında azad edilmiş ərazilərdə yenidənqurma işlərindən danışıb

Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən mövsümə tam hazırdır

BƏƏ Hörmüzdən yan keçməklə neft ixrac boru kəmərini istismara verməyi planlaşdırır

Tramp iki günlük səfərindən sonra Çini tərk edib

İctimai nəqliyyatda ilk: ADY “SİMA Pay” – üztanıma ilə ödəniş sistemini tətbiq edib

Azad Muradov hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək

Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb

Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək

Tramp: İran razılaşmadan imtina edərsə, məhv olacaq

Tokayev: Ankara Astananın mühüm strateji tərəfdaşıdır

Bütün xəbərlər