{category-title}

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

ABŞ dövlət katibi Entoni Blinken gələn həftə Avropaya yola düşəcək.

Bu barədə dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Payett məlumat verib. Səfərin dəqiq məqsədi və tarixi açıqlanmayıb.

Səfər çərçivəsində Blinken Brüsseldə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək. Aprelin 5-də baş tutacaq görüşdə Avropa Komissiyasının sədri Ursula von der Leyen də iştirak edəcək.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller üçtərəfli görüşdə Ermənistan-Azərbaycan məsələlərinin müzakirə olunacağını istisna etmir. ABŞ rəsmisinin sözlərinə görə, bu məsələ iclasın əsas gündəliyində deyil.


“Brüssel görüşü Ermənistanın iqtisadi dayanıqlığına diqqət yetirməlidir”, - deyə Miller vurğulayıb. O, ABŞ-ın ticarət əlaqələrini şaxələndirməyə və humanitar ehtiyacları həll etməyə çalışdığını vurğulayıb

Bir neçə gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində bildirib ki, həmin görüşdə Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlıq yolları müzakirə olunacaq. “Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın yollarını müzakirə etmək üçün bu il aprelin 5-də Brüsseldə sədr fon der Leyen, baş nazir Paşinyan və dövlət katibi Blinken arasında görüş planlaşdırılır. Tədbir həmçinin Ermənistanın davamlılığını artırmaq məqsədi daşıyır. Yaxın vaxtlarda bu barədə daha ətraflı danışmaq mümkün olacaq”, - Qriqoryan deyib.


Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir. 

"Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dan bu formada qeyd-şərtsiz dəstək almayıb", - açıqlamada deyilir.

Xatırladaq ki, bir neçə gün əvvəl Amerikanın nüfuzlu "RAND" analitik platformasında "ABŞ Azərbaycanın təhdidlərinə baxmayaraq Ermənistanın təhlükəsizliyinə təminat verə bilməz, amma kömək edə bilər" başlıqlı məqalə dərc olunub. Müəlliflər Ermənistan və Azərbaycan arasında geosiyasi vəziyyət təhlil edilir.

Məqalədə Ermənistan üçün “kirpi strategiyası” təklif edilir. Müəlliflər ABŞ administrasiyasına Ermənistana xüsusi hərbi yardım, o cümlədən qısa mənzilli hava hücumundan müdafiə sistemləri və antidron texnologiyası verməyi tövsiyə edirlər. Bundan əlavə, məqalədə Ermənistanın təhlükəsizlik aparatında institusional bacarıqların yaradılmasının və qeyri-qanuni texnologiya transferlərinin qarşısını almaq üçün Qərbin ixrac nəzarətinə riayət edilməsinin vacibliyi müzakirə olunur. 

Son xəbərlər

Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb

Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq

Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB

Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Küləkli havada 4 nəfər xəsarət alıb

Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir

Hacıqabulda avtomobil aşıb, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq

Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib

Kanaldan meyit tapıldı

“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub

Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib

Bütün xəbərlər