{category-title}

Fransanın azərbaycanofob siyasətinin nümunəsi: Yelisey sarayı beynəlxalq hüquqa hörmətsizlik edir - ŞƏRH

Azərbaycan bu gün özünün uğurlu diplomatik gedişləri ilə dostlarının sayını artırır, bir çox dövlətlərlə münasibətlərini gücləndirir.

Təsadüfi deyil ki, 30 il ərzində Qarabağ münaqişəsinin həllinə kömək etməyən, əksinə prosesi uzatmağa çalışan keçmiş Minsk qrupunun iki həmsədri - Rusiya və ABŞ ilə Azərbaycanın kifayət qədər normal münasibətləri var. Çünki hər iki dövlət rəsmi Bakının yaratdığı yeni reallıqları qəbul edir. Bundan fərqli olaraq, müxtəlif sahələrdə həm Rusiyadan, həm də ABŞ-dən geridə olan digər keçmiş həmsədr dövlət Fransa isə nəinki rəsmi Bakının maraqlarını görməzdən gəlir, həm də zaman-zaman ona qarşı qərəzli mövqe sərgiləyir.

Yelisey sarayı hər fürsətdə ermənipərəst mövqeyini və Azərbaycana qarşı qərəzini ortaya qoyur. Məsələn, Fransanın Baş naziri Qabriel Attal martın 20-də Fransanın Erməni Təşkilatlarının Əlaqələndirmə Şurasının illik tədbirində növbəti dəfə absurd və qərəzli fikirlər səsləndirib. O bildirib ki, Azərbaycan qoşunlarını Ermənistanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Onun sözlərinə görə, İrəvana müstəqilliyini, demokratiyanı, suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün kömək etmək lazımdır.

Fransanın azərbaycanofob siyasətinin nümunəsi: Yelisey sarayı beynəlxalq hüquqa hörmətsizlik edir - ŞƏRH

Azərbaycan Xarici İşlər Nazirliyi martın 21-də rəsmi Parisə cavab verib. Bəyanatda rəsmi Bakı Fransanı öz tarixindən dərs çıxarmağa, daxili işlərinə qarışmamağa və bu cür təxribat xarakterli bəyanatlara son qoymağa çağırıb.

Öncə onu deyək ki, Qarabağ tarixi Azərbaycan torpaqlarıdır. Rəsmi Bakının kimsənin torpaqlarında gözü yoxdur. Prezident İlham Əliyev də bunu dəfələrlə bildirib. Azərbaycan Qarabağda öz ərazi bütövlüyünü bərpa edib. Bütün dünya, o cümlədən Ermənistan baş naziri Nikol Paşinyan belə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Rəsmi Paris isə bunları görməzdən gəlir. Bu, Azərbaycana qarşı qərəzin təzahürü olmaqla yanaşı, həm də beynəlxalq hüquqa hörmətsizlik, laqeydlikdir. Hərçənd Yelisey sarayı ona sərf edəndə beynəlxalq hüquq “bayrağını” qaldırır. Bu da o deməkdir ki, mövcud Fransa hakimiyyəti ikili standartlarla hərəkət edir.

İkincisi, rəsmi Parisin neokolonializm siyasəti çoxlarına məlumdur. Fransa uzun müddətdir ki, ayrı-ayrı Afrika ölkələrini əsarətdə saxlayıb, onların təbii sərvətlərini mənimsəyib. Özü də bütün dünyanın gözü qarşısında. Məsələn, Sakit okeanın cənub-qərb hissəsində yerləşən Yeni Kaledoniya 1853-cü ildən Fransanın işğalı altındadır. Bu ada dövləti illərdir ki, müstəqillik uğrunda mübarizə aparır.

Göründüyü kimi, bu gün beynəlxalq təşkilatların qətnamələrinə, çağırışlarına baxmayaraq, Fransa neokolonializm siyasətini davam etdirir. Bu utancverici səhifənin tamamilə qapadılması üçün dünya birliyi səylərini gücləndirməlidir.

Fransanın azərbaycanofob siyasətinin nümunəsi: Yelisey sarayı beynəlxalq hüquqa hörmətsizlik edir - ŞƏRH

Beləliklə, Prezident Emmanuel Makron hökuməti öz gözündə tiri görməyib başqasının gözündə çöp axtarır.

Bundan başqa, Qarabağ Azərbaycanın daxili məsələsidir. Fransa Qarabağla bağlı bəyanatlar səsləndirməklə Azərbaycanın daxili işlərinə qarışır. Bu isə yalnız Azərbaycanın ərazi bütövlüyünə, həm də beynəlxalq hüquqa hörmətsizlikdir.

Başqa bir məqam ondan ibarətdir ki, Fransa BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərindən biridir. Məlum olduğu kimi, BMT TŞ keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə dörd qətnamə qəbul etmişdi. Həmin qətnamələr vaxtı ilə icra olunsa idi, nə İkinci Qarabağ müharibəsinə, nə də antiterror tədbirlərinə ehtiyac qalardı. Amma BMT TŞ-nin digər daimi üzvləri kimi, Paris də sözügedən qətnamələrin icrasına kömək etmədi. Beləliklə, Azərbaycan torpaqları həmin qətnamələrin tələbinə zidd şəkildə uzun illər işğal altında qaldı.

Fransanın azərbaycanofob siyasətinin nümunəsi: Yelisey sarayı beynəlxalq hüquqa hörmətsizlik edir - ŞƏRH

Rəsmi Bakının Fransaya cavab bəyanatında göstərildiyi kimi, Azərbaycanın 8 kəndi hələ də işğal altındadır. Bununla bağlı Azərbaycanla Ermənistan arasında müntəzəm danışıqlar gedir. Amma Fransa bu məsələyə də səssiz yanaşır.

Hazırda Ermənistanın Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlamasına qarşı çıxmayan Fransanın heç bir əsas olmadan Azərbaycanı güc tətbiqində təqsirləndirməsi absurddur.

Rəsmi Paris başa düşməlidir ki, hazırkı siyasəti ilə regionla bağlı heç bir məqsədinə çata bilməyəcək. Çünki bu aqressiv, riyakar ritorika Cənubi Qafqazın əsas siyasi aktoru olan rəsmi Bakı ilə münasibətlərdə ziddiyyətlər yaradır. Bu isə Makron hökumətinin regionla bağlı planlarının üstündən xətt çəkir.(“Report”) 

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər