{category-title}

Qazaxıstan Azərbaycanın etibarlı dostu və müttəfiqidir

 

“Bu gün ölkə və dünya mətbuatında türk dünyasının birliyində əhəmiyyətli rol oynayan Azərbaycan-Qazaxıstan münasibətləri geniş təhlil edilir. Prezident Kasım-Jomart Tokayevin martın 11-də  ölkəmizə  dövlət səfəri çərçivəsində müzakirə olunan  məsələlər, əməkdaşlığın müxtəlif sahələrdə inkişafının daha da möhkəmləndirilməsinə xidmət edən addımlar  xüsusilə diqqətdədir. Bu reallıq hər zaman önə çəkilir ki, tarixi Zəfərimizdən sonra türk dünyasının birliyi, həmrəyliyi məsələsi daha da aktuallaşdı və bu, özünü türkdilli ölkələrin dövlət başçılarının qarşılıqlı səfərlərində aydın ifadəsini tapır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri də bunun bariz nümunəsidir. Cənab İlham Əliyev mətbuata bəyanatında bu mühüm məqamı xüsusi qeyd etdi ki, ikitərəfli əməkdaşlığın gündəliyi zəngindir. Ali Dövlətlərarası Şuranın birinci iclasında  qarşılıqlı fəaliyyətimizin müxtəlif aspektləri ətraflı müzakirə olundu. Qarşılıqlı iqtisadi-ticari fəaliyyət sahəsi böyük inkişaf potensialına malikdir. Prezidentlər Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının rəmzi qarşılanması mərasimində iştirak etdilər. Bu, TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir. Dövlət başçısı İlham Əliyev bu mühüm məqamı xüsusi qeyd etdi ki,  qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. Belə olan halda həm Qazaxıstan, həm də Azərbaycan bu istiqamətdə regional əməkdaşlığa, qonşularla münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirir.”

    Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

  Millət vəkilinin sözlərinə görə, Azərbaycan və Qazaxıstan dövlət başçılarının  sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir: “Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan Prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. Azərbaycan daim türk dünyasının birliyinə davamlı töhfələri ilə diqqətdədir. “Gücümüz birliyimizdədir” çağırışı dövlət başçısı İlham Əliyevin türk dünyasının həmrəyliyinə verdiyi önəmi nümayiş etdirir. Dünya daim Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda  türk dünyasının birliyinin şahidinə çevrilib. Bu gün bu birlik digər türkdilli dövlətlərlə münasibətdə də özünün aydın ifadəsini tapır. Tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri türk dünyasının birliyinə bir daha işıq salır. Belə ki,  Qazaxıstan Prezidentinin göstərişi əsasında   Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində  Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin  tikilməsi və martın 12-də hər iki ölkənin dövlət başçılarının iştirakı ilə açılış mərasiminin keçirilməsi də bunun təsdiqidir. Qazaxıstan Prezidentini Füzulidə qarşılayan cənab İlham Əliyev  sözügedən Uşaq Yaradıcılıq Mərkəzinin açılışında belə bir   fikri böyük inam və qürur hissi ilə qeyd etdi ki, bu, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq. Bu gün, Qarabağın dirçəldiyi bir vaxtda əziz qardaşımızı, Türk dünyasının ən böyük ölkəsinin, sürətli inkişafa malik, beynəlxalq arenada iri aktor olan, Azərbaycanın müttəfiqi qardaş Qazaxıstanın Prezidentini salamlamaqdan böyük şərəf hissi duyuruq.  Ünsiyyətimizin bütün işgüzar komponenti ilə yanaşı, məhz mənəvi bağlar bizə güc verir.”

  Əliabbas Salahzadə qeyd edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dövlət səfəri mühüm məqamları ilə yadda qaldı: “ Prezidentlər, eyni zamanda, Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşada oldular. Bu gün nəinki paytaxt Bakının, işğaldan azad edilmiş ərazilərimizin Azərbaycanın xarici siyasət uğurlarına şahidlik etməsi, günün əsas çağırışlarının müzakirə edildiyi məkana çevrilməsi hər birimizi qürurlandırır. 30 il işğal altında qalan, ermənilər tərəfindən tamamilə dağıdılaraq yerlə-yeksan edilən bu torpaqlarda aparılan quruculuq işləri, dost ölkələrin  Azərbaycana dəstəyi bir daha belə bir reallığı təsdiqləyir ki, ölkəmizin xarici siyasətinin dəyişməz prinsipləri  uğurlarımızın davamlılığının təmin edilməsində əsas amildir. Ötən ilin avqust ayında isə  Azərbaycan və Özbəkistan Prezidentləri Füzulidə oldular  və  burada  inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etdilər. Özbək və qazax xalqlarının Azərbaycan xalqına hədiyyələri hər birimizi qürurlandırır. Qazaxıstan Prezidenti belə bir inamı da ifadə etdi ki, Azərbaycanın müqəddəs regionu güclü inkişaf edəcək. Füzuli şəhərinin Baş planı ilə tanış olduq və əlbəttə ki, o, miqyası, intensivliyi ilə bizi valeh edir.”

   Millət vəkili hər bir səfərin münasibətlərdə yeni mərhələnin başlanğıcı olduğunu önə çəkərək bildirib ki, həm Prezidentlərin məhdud tərkibdə görüşləri, həm Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında müzakirə edilən məsələlər, həm də imzalanan yeni sənədlər bu münasibətlərin əsrlərə söykəndiyini təsdiqləyir.

 Əliabbas Salahzadə onu da vurğulayıb  ki, iki ölkənin əlaqələri yalnız ikitərəfli deyil, beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir: “Hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq əlaqələrinin  genişləndirilməsində  və inkişaf etdirilməsində maraqlıdır. Prezident İlham Əliyev bu il keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində belə bir çağırışı etdi ki, beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq. İlk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.”

   Millət vəkili Azərbaycan-Qazaxıstan münasibətlərinin gələcək inkişafı üçün möhkəm təməlin olduğunu bildirərək bu fikri  böyük inamla qeyd edib ki, Qazaxıstan Azərbaycanın etibarlı dostu və müttəfiqidir. 

 

Son xəbərlər

I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır

Azərbaycan XİN İslandiyanı təbrik edib

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Baş nazir Əli Əsədova "Bright Uzbekistan" layihəsi təqdim olunub

ABŞ Sakit okeanda daha bir gəmiyə zərbə endirib

Bakının iki rayonunda işıq olmayacaq

Əli Əsədov Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Türkiyə MN: "Bir millət, iki dövlət" anlayışı ilə hər şəraitdə çiyin-çiyinə dayanmağa davam edəcəyik

Zelenski: Rusiya Ukraynaya gecə hücumu zamanı 611 PUA-dan və 70-dən çox raketdən istifadə edib

Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu

Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Azərbaycanda Milli Qurtuluş Günüdür

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var

FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb

Xüsusi qabiliyyət imtahanlarına start verilir

Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur

Milli Məclisin iclası başlayıb

Ağdaşda avtomobili ildırım vurub, yanğın olub

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Azərbaycan XİN Rusiyanı təbrik etdi

DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq

Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”

Bütün xəbərlər