{category-title}

Gündəm / Siyasət
12.03.2024, 11:22
Tokayev Füzuliyə getdi: Əliyev qarşıladı
Azərbaycanda dövlət səfərində olan Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev martın 12-də Füzuli rayonuna gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevi Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.