{category-title}
Gündəm / Olkə
11.03.2024, 09:32
Xarici vətəndaşlığı qəbul etmiş şəxslər hərbi xidmətə çağırılırmı? - RƏSMİ
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Bu bardə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.
Sözügedən müddəa Azərbaycan Respublikası vətəndaşının hərbi vəzifənin icrası və hərbi xidmətkeçmə məsələsinin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsində öz əksini tapıb.