{category-title}

Şeyx Əbdül: “Şəfiqə Məmmədova pulları geri qaytarmalıdır” - AÇIQLAMA

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı sabah baş tutacaq.

Konfransın gündəliyinə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi, eləcə də ona sədr və idarə heyətinin seçilməsi məsələləri daxildir.

Məsələ ilə bağlı açıqlama verən Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudov (Şeyx Əbdül) qeyd edib ki, kino ittifaqlarının birləşməsi üçün illərdir, mübarizə aparır:

"Konfrans keçirilməsi mənim ideyam, təşəbbüsüm idi. Kino ittifaqlarının birləşməsi üçün illərdir ki, mübarizə aparıram. Hər iki ittifaqın sədri şəxsi maraqlarını güdür. Mənim haqqımda da nə gəldi danışırlar. Kino əsl kinematoqrafçıların mənəvi valideynidir. Cəmiyyəti və xalqı bütün dünyaya tanıdan kinodur. Çörək verənə xəyanət etmək olmaz. Kreslo insanları dəyişir. Sədrlərin heç biri bu günə qədər hansısa təşəbbüs göstərməyib.

Uzun illər mübarizə aparmışam. Məndən başqa, kinoya təmənnasız xidmət edən adam qalmayıb. 80 yaşım var. 60 ildir kinodayam".

Ə.Mahmudov kino sahəsinin durumundan gileylənib:

"Sabah hər iki sədrə təşəkkürümü bildirəcəyəm ki, "şükür, haqqa, ədalətə gələ bildiniz". Otuz ildir ki, kinomuz pis vəziyyətə salınıb, parçalanıb. Kino cameəsini parçalamaq olmaz. Bir kinonun adına iki ittifaq yaradılıb. Söz tapmaq olmur. Sabah konfransda çıxış edəcəyəm. Hegemonluq olmasın deyə ittifaqın nəzdində tam müstəqil şəkildə ya ağsaqqallar şurası, ya da məsləhət şurasının yaradılmasını təklif edəcəyəm. Bunlar sırf kino adamlarından ibarət olmalıdır.
Dövlət maliyyə vəsaiti ayırır. Lakin şəxsi maraqlarından əl çəkməyənlərə görə kino geridə qalıb. Şəfiqə xanım (Məmmədova, ARKİ sədri - red.) ittifaqı xaraba qoyub. Pulları geri qaytarmalıdır. Bizdən əl çəksin. 80 yaşlı adamdan sədr olmaz".

"Mən sədrliyə elə bir adamı təklif edəcəyəm ki, hər kəs təəccüblənəcək. Namizədin adını sabah açıqlayacağam", - deyə Ə.Mahmudov əlavə edib.

Xatırladaq ki, iki kino ittifaqının birləşməsi məsələsi ötən il gündəmə gəlib. 2023-cü il iyulun 26-da AKİ və ARKİ idarə heyətlərinin birgə iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında birgə bəyanat qəbul edilib.

AKİ 1963-cü ildən fəaliyyət göstərir. İttifaqın İdarə Heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.

ARKİ 2012-ci ildə yaradılıb və İdarə Heyətinin sədri Xalq artisti Şəfiqə Məmmədovadır. (Oxu)

Son xəbərlər

Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb

Fransanın Ermənistandakı səfiri dəyişib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

"Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq

İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var

Media: İranın Xark adasında partlayış olub

Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq

Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb

M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək

Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Şənbə günü 35 dərəcə isti olacaq

Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək

WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır

Lənkəranda 73 yaşlı kişi nərdivandan yıxılaraq ölüb

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşır

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

Bütün xəbərlər