{category-title}

Ombudsman Xocalıda tapılan kütləvi məzarlıqla bağlı çağırış etdi
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xocalıda tapılan kütləvi məzarlıqla bağlı beynəlxlaq təşkilatlara çağırış edib.

Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, azad edilmiş ərazilərdə davamlı şəkildə aşkar olunan kütləvi məzarlıqlar Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın azərbaycanlılara qarşı törətdiyi insanlıq əleyhinə cinayətlərin izlərini üzə çıxarır: "Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində Xocalı şəhəri ərazisində növbəti kütləvi məzarlığın tapılması faktı Ermənistanın inkar etməyə çalışdığı qeyri-insani əməllərini bir daha açıq şəkildə sübuta yetirmiş oldu. Belə ki, bu il fevralın 21-də Xocalı şəhərində bərpa-quruculuq məqsədilə qazıntı işləri aparılarkən növbəti kütləvi dəfn yeri aşkarlanıb. Ərazidə hələ də davam edən qazıntılar zamanı ilkin olaraq müəyyən edilmiş insan qalıqlarının əsasən qadın və uşaqlara aid olması, onların əllərinin kəndirlə bağlanması və işgəncələrlə qətlə yetirilməsi faktları Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü nifrət və soyqırımı siyasətini, insanlıq əleyhinə törətdiyi müharibə cinayətləri sübut edir. Dəhşətli faktlardan biri də ərazidə tapılmış qalıqlardan birinin 4-5 yaşlarında uşağa məxsus olması ehtimalı ilə bağlıdır".

Məlumatda xatırladılıb ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlının, o cümlədən Xocalı soyqırımı nəticəsində əsir və girov götürülmüş 150 nəfərin taleyi bugünədək məlum deyil: "Təəssüf ki, Ermənistan tərəfi bu illər ərzində itkin düşmüş şəxslərlə bağlı məlumatları, o cümlədən kütləvi məzarlıqların koordinatlarını ölkəmizə təqdim etməkdən yayınmış, yalnız azad edilmiş ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində Azərbaycanın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlər nəticəsində bir neçə itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilib. Ona görə də insan hüquqları sahəsində fəaliyyət göstərən bütün beynəlxalq təşkilatları bu cür faktlara biganə yanaşmamağa, Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət zəmnində cinayət əməllərinin törədilməsində təqsirli olan şəxslərin ədalət mühakiməsinə cəlb olunması istiqamətində zəruri addımlar atmağa çağırıram".

Qeyd edək ki, bu gün Xocalı rayonunda kütləvi məzarlıq aşkar edilib. Aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən olunub.

Son xəbərlər

Həcc ziyarəti bu tarixdə BAŞLAYIR

Prezident ABŞ nümayəndə heyətini qəbul edib

Vəzifəli şəxslərin siyahısı genişləndirildi

Ceyhun Bayramov Qətərdəki Forumda çıxış edib

Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir - Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH

Bakıda I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib - SİYAHI

Mayın ilk gününün havası açıqlanıb

Əfsanəvi Mayk Tayson boks tarixinə düşəcək

“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər” – SENSASİON İDDİA

Səidə Sultanın transparan geyimi GÜNDƏM OLDU

Vəzifəli şəxsin oğlunun üzərinə benzin tökdüyü qadın ÖLDÜ

Qazaxıstanın sabiq DİN rəhbəri saxlanıldı

ADNA terrorundan 15 il ötür

Ən yaxşı öpüşən 5 bürc: Onlarla ehtiraslı sevgi yaşaya bilərsiniz

Azərbaycanda azyaşlı məktəbdən sonra yoxa çıxdı - FOTO

Həmzə Yusif istefa verdi

NATO-nun Baş katibi: Avropa Ukraynaya dəstəklə bağlı vədini yerinə yetirmədi

Ukrayna Prezidenti: Rusiya ordusu yeni hücuma hazırlaşır

ABŞ səfiri Qırmızı Qəsəbədə olub

Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət edilib

Azərbaycanda film kimi OLAY – Əvvəl ana, sonra nənənin küçəyə atdığı bacılar sığınacağa YERLƏŞDİRİLDİ

Qazaxda mina partladı - Yaralı var

Azərbaycan yaşıl enerjiyə keçidlə bağlı Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir

Konsulun vəzifələri artırıldı

Bütün xəbərlər