{category-title}
Gündəm / İqtisadiyyat
19.02.2024, 15:14
Ağdamda daha bir müəssisə yaradılır – Nazir açıqladı
Qreys.A. MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov X hesabında bildirib.
Nazir qeyd edib ki, şirkət Parka 6,5 milyon manat investisiya yatıraraq sement və beton qatqıların istehsalı müəssisəsi yaradacaq.
"Müəssisədə 35 daimi iş yerinin yaradılması nəzərdə tutulur", - o qeyd edib.