{category-title}

Flora Xəlilzadə təqaüdə göndərilib? - Özü AÇIQLADI

Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri Baş Redaksiyasının baş redaktoru Flora Xəlilzadə təqaüdə göndərilib.

"Şöhrət" ordenli jurnalist bu vəzifəsindən ayrılıb.

Flora Xəlilzadə saytımıza açıqlamasında məlumatı doğrulayıb. O, bildirib ki, bu, onun öz istəyi olub: 

“Bilirsiniz necədir, mən çox yorulmuşam. Heç mən ərizə də yazmadım. Getdim dedim ki, mən ayın birindən işə gəlməyəcəm, müəllim də ( "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədli-red) dedi ki, yox. Məni buraxmaq istəmirdi. Amma bədii şuranın və daxili şuranın üzvüyəm. Söz vermişəm ki, ayda bir neçə dəfə bu şuraların iclaslarında iştirak edəcəm. Lakin yenə deyirəm ki, mən yorulmuşam. Mən insult keçirmişəm. Görürəm ki, mənə çətin olur. Allah Prezidentimizin canını sağ eləsin, mənə prezident təqaüdü verilir. Ona görə istəyirəm ki, dincəlim. Martdan

Flora Xəlilzadə gələcək planlar barədə də məlumat verib.

“Mənim çoxlu nəşrə hazırlanmalı kitablarım var. “Yazdıqlarım” adlı silsilə kitab yazıram. Bu kitab yeddi cilddə olmalıdır. 2 cildini yazmışdım. 5 cildini yazmağa vaxtım olmadı. Özümə gəlsəm, inşallah onları davam etdirəcəm.  Mən yazmasam, dayana bilmərəm, ölərəm. Söz və qələm mənim həyatımdır. Televiziya işi ağırdır, məni üzür. Mən görürəm ki, artıq səhhət öz sözünü deyir.

Şəkər dərmanları atıram, yüksək təzyiqə qarşı dərman atıram. Həkim dedi ki, Bakının havası sənə düşmür. Ona görə indi Bilgəyə gəlmişəm. Burada biraz dincəlib yazı işlərinə başlayacam. Gördüm işsiz dayana bilmirəm, istənilən işdə çalışa bilərəm”,- o deyib.

Qeyd edək ki, Flora Xəlilzadə Azərbaycan Televiziyasında yaradılan və verilişlərin keyfiyyətinə nəzarət edən Bədii Şuranın üzvüdür. 4 mart 2013-cü ildə jurnalistika sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar Jurnalist" Fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. Ötən il Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib (Modern)

Son xəbərlər

Sabah yağış yağacaq - PROQNOZ

Bu il internat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Bütün xəbərlər