{category-title}

"Nia"nın lift macəraları, bir maşının pulunun qazanıldığı söyüş dolu canlı yayımlar...

İllər əvvəl bir çobana arvadının xəyanət etməsi ancaq onun tanışlarına, uzaqbaşı həmin qəsəbə camaatına maraqlı olardı. Bir kəlmə danışardılar, məsələni bitirərdilər. Bugün isə elə deyil. Vəziyyət köklü şəkildə dəyişib. Ötən gün 100 mindən çox insanın Furkan adlı şəxsin canlı yayımını izləməsi bunu deməyə əsas verir.

Yenixeber.org: Əksəriyyət Furkanı tanımır. O, Türkiyədə çobanlıq edən gəncdir. Qoyun sürüsünə nəzarət edərək video çəkən şəxs öz ölkəsi daxil olmaqla Azərbaycanda da tanınır. Burada Tiktok-da tanış olduğu "Nia" ləqəbli şəxslə ailə qurmağa hazırlaşan 22 yaşlı Furkan ötən gün sözün əsl mənasında həyatının ən böyük şokunu yaşayıb. Belə ki, dünən "Nia"nın liftdə öpüşmə görüntüləri yayılıb. Onun öpüşdüyü oğlan isə azərbaycanlı bloqer Sabir Samiroğludur. Elə bu videodan sonra Azərbaycan və Türkiyədə sosial şəbəkə camiasında aləm bir-birinə dəyib. Dünən ümumilikdə 1 milyona yaxın insan bu "ciddi" məsələni müzakirə edirdi. Demək olar ki, başdan ayağa söyüşdən ibarət olan bu canlı yayımlar müddətində bəlkə də, 3-4 bahalı maşının pulu qazanıldı.

"Nia"nın lift macəraları, bir maşının pulunun qazanıldığı söyüş dolu canlı yayımlar...

Bu məsələdə günahı həm qızın, həm Sabirin, həm də video yayanların üstünə atmaq asandır. Amma, burada əsas günah məhz həmin şəxsləri populyarlaşdıran cəmiyyətdədir. Ümumilikdə, xarici ölkələrdə belə video yayıb şəxsi həyata müdaxilə edənləri məhkəməyə verib bütün pullarını əlindən alırlar. Azərbaycanda isə şəxsi həyatına müdaxilə olunan biabır etmək əvəzinə özü biabır olur. Çobanın yaxşı yerlərə gəlməsi, yüksək məbləğdə pullar qazanması pis bir şey deyil. Lakin, onların heçnə etmədən, sadəcə kameranı açıb qarşısına qoyub sadəcə söhbət etməklə alimlərdən, müəllimlərdən, ümumilikdə ziyalı təbəqədən qat-qat yuxarı məbləğ qazanması yeni nəsil üçün yaxşı nəsə vəd etmir.

Bir müddət əvvəl "Baboş" ləqəbli şəxsə ev verilməsi, indi də bu məsələyə bu qədər maraq deməyə əsas verir ki, artıq Tiktok cəmiyyətimizi ələ keçirib. Əslində sosial şəbəkədə xüsusi kütləyə malik insanların "influenser" adlandırılması təsadüf deyil. İngilis dilindən tərcümədə "təsir etmək, nüfuz etmək" mənasını verən bu söz bugünkü gündə tam yerinə düşür. Artıq sosial şəbəkələr, xüsusilə də, Tiktok tam şəkildə həyatımıza nüfuz etməkdədir və bu bizi uçuruma aparır. Tiktok heç də pis platforma deyil. Burada nəsə öyrənmək istəyən şəxslər üçün minlərlə videolar var. Amma, çoxları nədənsə bu platformanın ancaq mənfi cəhətlərinə yönəlir.

Əsası Çində qurulan Tiktok şirkəti bugün dünyanı ağuşuna alıb. Günü-gündən istifadəçiləri artan bu şəbəkə məktəbə belə getməyən, adını belə yaza bilməyən, hər hansı bacarığı olmayan şəxslərə pul qazanmaq, məşhurlaşmaq imkanı yaradır. Bu müəyyən mənada üstünlük ola bilər, amma, heç də yaxşı nümunə deyil. Hazırda dövr Tiktokundur. İllər əvvəl qəzet, jurnal necə televiziyalara uduzdusa, bugün də televiziyalar, saytlar Tiktoka uduzur. Məhz bu səbəbdən də bir çox ölkələrdə Tiktokun girişi məhdudlaşdırılıb.(Milli)

Son xəbərlər

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb

Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək

Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir

Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

Ərdoğan futbolçuları belə təbrik etdi - Video

Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub

Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib

Son 8 ayda ölüm sayı açıqlanıb

Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Keçmiş icra başçısı vəfat etdi

Bakıda qadın evdə doğuş etdi

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Bütün xəbərlər