{category-title}

Putinin böyük qızı müsahibə verdi - Xarici media ŞOKA DÜŞDÜ

Rusiya prezidenti Vladimir Putinin böyük qızı, 38 yaşlı Mariya Vorontsova elmi nəşrlərdən birinə verdiyi müsahibə ilə gündəmə gəlib.

Putinin böyük qızı müsahibəsində əsasən elm, tibb və genetik sahədə apardığı tədqiqatlardan, xüsusən də insan genomunun öyrənilməsindən danışıb.

“Rusiya cəmiyyəti bizim həyat prinsiplərimizlə, mədəniyyətimizlə, dinimizlə... hələ də o qədər də iqtisadi mərkəzli cəmiyyət deyil. Biz daha çox insan mərkəzli cəmiyyətik”,- o qeyd edib.

Vorontsova daha sonra vurğulayıb ki, Rusiya üçün ən yüksək dəyər hələ də insan həyatının dəyəridir.

Lakin o, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə haqqında bir kəlmə də danışmayıb, atasının adını çəkməyib.Mariya Vorontsova uşaqlıqdan həkim olmaq arzusunda olduğunu, lakin məktəbi bitirəndən sonra iqtisadçı ixtisasında oxumaq istədiyini bildirib. Yekunda isə yenə tibb sahəsinə üstünlük verib. O, ədəbiyyata olan maraqlarından da söz açıb, sevdiyi yazıçıların, o cümlədən Puşkin, Dostoyevski və Hakslinin adını çəkin, musiqi və idmanla maraqlandığını qeyd edib.

Mariya Vorontsova bir neçə il Almaniyada yaşayıb və təhsil alıb, sonra Rusiyada olub - 2006-2011-ci illərdə Moskva Dövlət Universitetində ali tibb təhsili alıb. Əri - holland iş adamı Yorrit Faassen ilə birlikdə - 2015-ci ilə qədər Hollandiyada qalıb. Ancaq sonra Moskvaya qayıdıb.

Rusiyanın Ukraynaya qarşı müharibəsi başladıqdan sonra Putinin hər iki qızı - Mariya Vorontsova və Yekaterina Tixonova Avropa İttifaqının, Böyük Britaniya və ABŞ-ın sanksiyalarına məruz qalıblar: onların bank hesabları dondurulub və bu ölkələrin ərazisinə girişləri qadağan edilib.

Putinin böyük qızı ilə müsahibə alman mediasının qəzəbinə səbəb olub. Onun dedikləri qəribə, hədsiz və hətta şokedici kimi qiymətləndirilib.

Almaniyanın “Der Spiegel” nəşri yazını “Putinin qızı insan həyatının dəyəri haqqında qəribə müsahibə verib” başlığı ilə dərc edib.

Nəşr qeyd edib ki, Mariya Vorontsova müsahibəsində Rusiyanı insan mərkəzli dövlət adlandırır, lakin atasının Ukraynaya qarşı apardığı müharibənin xaricdə  qəzəb doğurduğunu xatırlatmır.Almaniyanın NTV telekanalı cinayətlər və Rusiyanın Ukraynaya qarşı müharibəsinin qurbanlarının sayı fonunda Putinin qızı ilə müsahibəni şok adlandırıb. Alman jurnalistləri Vorontsovanın arzusu ilə bağlı dediklərinə diqqət yetirərək, müsahibədə müharibə mövzusunun qaldırılmamasını kinlilik hesab ediblər.

Almaniyanın “Merkur” nəşri də qeyd edir ki, Vorontsova Vladimir Putinin gen mühəndisliyi üzrə müşaviridir, lakin Kreml onun həyatının bütün təfərrüatlarını gizli saxlayır.

Almaniyanın “Frankfurter Rundschau” qəzeti yazıb ki, Mariya Vorontsova Rusiyanın tibb sahəsindəki ən böyük investisiya layihəsində iştirak edən “Nomeko” şirkətinin həmtəsisçisidir. 2022-ci ildə bu müəssisənin mənfəəti təxminən 855 milyon rubl təşkil edib.

Son xəbərlər

Prezidentin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib

Azərbaycanda Qurban bayramı qeyd edilir

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir

İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO

Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik

Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək

Türkiyədə bələdiyyə sədri saxlanılıb

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

Putin İlham Əliyevi təbrik etdi

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...

Metronun hərəkət qrafiki dəyişdirilir

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

QMİ Qurban bayramı ilə bağlı fətva verib

Bütün xəbərlər