{category-title}

150 nəfərin arağı litrlə, yoxsa tonla sifariş edilib?

Bir neçə gün öncə Dövlət Turizm Agentliyi “Qərbi Azərbaycan Mətbəxinin təqdimatı” adlı tədbir keçirəcəyi ilə bağlı məlumat verib. 150 nəfərin iştirakı nəzərdə tutulan tədbirin sifarşlərinin cədvəli sosial şəbəkələrdə müzakirə yaradıb. 

İzləyicilərin cədvəldə birmənalı qarşılamadığı əsas detal tədbirdə qonaqlara təqdim olunacaq arağın miqdarıdır. Belə ki, açıq tender məlumatlarındakı sözügedən cədvəldə ərik arağının miqdarı 3.000 litr göstərilib.

1000 litr 1 tona bərabər olduğundan, 3000 litrin 3 ton etdiyi, bu qədər arağın isə 150 qonağın istifadəsi üçün mümkünsüz olduğu qeyd edilib. 

Məsələ haqda Dövlət Turizm Agentliyi açıqlama yayaraq tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib, bunu süni ajiotaj və yanlış anlaşılma adlandırıb. Amma açıqlamada rəqəmlərin təhrif edilib-edilmədiyi bəyan edilmədiyi üçün həmin məlumat da müəyyən suallar doğurub: “Tenderdə qeyd olunan balıq, kərə yağı, turşu, ərik arağı və digər kulinariya məhsullarının satın alınması xidməti ilə bağlı yayılan məlumatlar düzgün anlaşılmayıb, ölçülər kiloqramla və litrlə göstərilsə də, təəssüf ki, “ton” olaraq başa düşülüb”.

150 nəfərin arağı litrlə, yoxsa tonla sifariş edilib?

Agentliyin yaydığı açıqlamada bəzi anlaşılmayan məqamlar olduğu üçün yenidən quruma sorğu ünvanladıq. Müraciətimizə cavab olaraq bildirildi ki, ümumilikdə cədvəldəki məhsulların miqdarının göstərilməsində texniki olaraq səhvlərə yol verilib: “Cədvəldə 3.000 yazılıb, yəni 3 litr. Məsələn, hər hansı məhsuldan 400 kq yazılıb, əslində isə 0.4 kq olmalıdır. 150 nəfərlik tədbir üçün başa düşülən miqdarlarda - "tonlarla" və ya "yüz kiloqramlarla" məhsulun satın alınması, əlbəttə ki, heç bir məntiqə sığmır və məsələdə texniki bir səhvin olması aydın görünür”.

Agentlikdən bildirilib ki, gün ərzində bu haqda yeni siyahı ilə məlumat paylaşılacaq.

Məsələ haqda Dövlət Turizm Agentliyi açıqlama yayaraq tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib, bunu süni ajiotaj və yanlış anlaşılma adlandırıb. Amma açıqlamada rəqəmlərin təhrif edilib-edilmədiyi bəyan edilmədiyi üçün həmin məlumat da müəyyən suallar doğurub: “Tenderdə qeyd olunan balıq, kərə yağı, turşu, ərik arağı və digər kulinariya məhsullarının satın alınması xidməti ilə bağlı yayılan məlumatlar düzgün anlaşılmayıb, ölçülər kiloqramla və litrlə göstərilsə də, təəssüf ki, “ton” olaraq başa düşülüb”.

Agentliyin yaydığı açıqlamada bəzi anlaşılmayan məqamlar olduğu üçün yenidən quruma sorğu ünvanladıq. Müraciətimizə cavab olaraq bildirildi ki, ümumilikdə cədvəldəki məhsulların miqdarının göstərilməsində texniki olaraq səhvlərə yol verilib: “Cədvəldə 3.000 yazılıb, yəni 3 litr. Məsələn, hər hansı məhsuldan 400 kq yazılıb, əslində isə 0.4 kq olmalıdır. 150 nəfərlik tədbir üçün başa düşülən miqdarlarda - "tonlarla" və ya "yüz kiloqramlarla" məhsulun satın alınması, əlbəttə ki, heç bir məntiqə sığmır və məsələdə texniki bir səhvin olması aydın görünür”.

Agentlikdən bildirilib ki, gün ərzində bu haqda yeni siyahı ilə məlumat paylaşılacaq.(“Qafqazinfo”)

Son xəbərlər

Xətai rayonunun bir hissəsinə suyun verilməsi müvəqqəti dayandırılacaq

Bakıda Azərbaycan-Ukrayna IT forumu keçiriləcək

Təhsil krediti alan tələbələrin əhatə dairəsi genişləndirilib

Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir"

Əli Əsədov: İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərlər Vaşinqtonda ABŞ Prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi

Salem Əl-Ketbi: Əliyev və Paşinyan Cənubi Qafqazda xəritələri və marşrutları yenidən formalaşdıra biləcək saziş imzalayıblar

Sabah yağış yağacaq - PROQNOZ

Bu il internat müəssisələrində valideynlərini itirmiş uşaqların sayı artıb

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Bütün xəbərlər