{category-title}

 

“Dövlətimizin başçısı İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti artıq tarixə qovuşan 2023-cü ildə bütün sahələrdə qazanılan uğurların təhlili və cari ildə qarşıda dayanan vəzifələrin təqdimatı oldu. Son üç ildə dövlətimizin siyasətində işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri prioritet olub.  2023-cü il bu baxımda da xüsusi diqqətdə oldu. Belə ki, 2022-ci ildə Zəngilanın Ağalı kəndinin sakinlərinə qovuşmasının ardınca 2023-cü ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi sevincli günlərini yaşadı. Ötən il   Müstəqillik Günündə Laçın şəhərinə köçkünlər qayıtdı. Bu qayıdış ilin sonuna qədər mərhələ-mərhələ davam etdirildi. “2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar” söyləyən Prezident İlham Əliyev bu müjdəni də çatdırdı ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq.

Göründüyü kimi, bu torpaqların sahibi olaraq bərpa-quruculuq işlərinin sürətini  artırmaqla soydaşlarımızın tezliklə tam şəkildə qayıdışına səy göstərilir. 30 il ermənilər tərəfindən dağıdılan, yerlə-yeksan edilən torpaqlarımız bu gün dirçəlir, sakinlərinə qovuşduqları üçün sevinclidirlər. Dövlətimizin başçısının hər bir müjdəsi xalqımızda böyük qürur hissi yaradır.” Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili vurğulayıb ki, 2023-cü ilin mühüm hadisəsi ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası oldu: “Dövlətimizin başçısı İlham Əliyev müraciətində ilk olaraq bu uğurumuzu diqqətə çatdırdı. Son üç ildə Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn bütün öhdəliklərin yerinə yetirilməsi istiqamətində səylər göstərsə də, Ermənistan müxtəlif bəhanələrlə yayındı. 30 illik işğal dövründə olduğu kimi, postmünaqişə mərhələsində də Ermənistanın havadarlarının dəstəyinə arxalanması diqqətdən kənarda qalmır. 44 günlük İkinci Qarabağ müharibəsindən nəticə çxarmayan Ermənistan hərbi təxribatlarını davam etdirdi. Azərbaycan dövləti, xalqı belə bir vəziyyətlə barışa bilməzdi. Sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Dövlətimizin başçısı İlham Əliyev 2023-cü ilin “Heydər Əliyev İli” olduğunu önə çəkərək bu mühüm məqamı böyük qürur hissi ilə qeyd etdi ki, oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir.”

Əliabbas Salahzadə qeyd edib ki, uğurlarımıza yol açan mühüm amillərdən biri iqtisadi imkanlarımızdır: “2023-cü ildə Azərbaycan iqtisadi uğurları ilə diqqətdə oldu. Ölkəmizin bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasının vacibliyi ilə bağlı çağırışı beynəlxalq dəstək qazandı. Keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə Azərbaycanın bu sahədə mövcud imkanları təhlil olundu, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün mühüm imkanların yarandığı qeyd edildi. Prezident İlham Əliyev sözügedən müraciətində diqqəti bu ilin dekabrında Azərbaycanın COP29-a ev sahibliyi edəcəyinə yönəldərək bildirdi ki, bu, ölkəmizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir. Eyni zamanda, yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. O da bildildi ki, 2023-cü ildə Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verildi.  230 meqavat gücündə günəş elektrik stansiyası artıq enerji sistemimizə tam inteqrasiya edildi. Bu hədəf də açıqlandı ki, imzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaq.”

Millət vəkili cari ilin hədəfləri sırasında müdafiə gücümüzün artırılmasını xüsusi qeyd edib: “Dövlətimizin başçısının  müraciətində də bu hədəf əsas yer tutur. “Biz Ordumuzu böyük dərəcədə gücləndirmişik, həm peşəkarlıq artdı, yeni silahlı birləşmələr yaradıldı və bu silahlı birləşmələr digər silahlı birləşmələrlə birlikdə antiterror əməliyyatında çox böyük peşəkarlıq göstərmişlər” söyləyən cənab İlham Əliyev belə bir hədəfi də diqqətə çatdırdı ki, 2024-cü ildə hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq. Həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək.”

Əliabbas Salahzadə 2023-cü ilin uğurlarına, cari il üçün müəyyənləşdirilən prioritetlərə söykənərək 2024-cü ilin uğurlu il mənzərəsini təqdim edib. Qalib Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayır.

 

Son xəbərlər

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Azərbaycan gəmilərin ballast sularının idarə edilməsinə dair beynəlxalq konvensiyaya qoşulub

XİN Perunu Milli Günü münasibətilə təbrik edib

Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Bütün xəbərlər