{category-title}

Səlim Müslümovun işinə görə DTX-yə sorğu göndəriləcək
 

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində tanınan Maliyyə Nazirliyinin nümayəndələri iştirak etməyib.

Səlim Müslümovun vəkili Dövlət Təhlükəsizliyi Xidmətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verən qanunsuzluqlarla bağlı ayrıca icraatda olan, istintaqı davam edən cinayət işləri üzrə dövlətə dəymiş ziyanın ödənilməsi barədə son məlumatların verilməsi üçün sorğu verdiyini deyib. Vəkil sorğuya cavab almadığını bildirib və məhkəmə qaydasında da DTX-ya sorğu göndərilməsini istəyib.

Hakim bildirib ki, bundan əvvəl məhkəmə bir dəfə Dövlət Təhlükəsizliyi Xidmətinə ziyanın ödənilməsi barədə məlumat alınması üçün sorğu göndərib, həmin sorğuya cavab alınıb. Hakim qeyd edib ki, ziyanın ödənilməsi üçün son məlumatın alınması barədə yenidən DTX-ya sorğu göndəriləcək.

Bu səbəbdən proses yanvarın 17-dək təxirə salınıb.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.

O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.(APA)

Son xəbərlər

QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu birgə müsabiqə elan edəcəklər

İtaliyanın 75-ə yaxın şəhərini etiraz aksiyaları bürüyüb

Misir Prezidentİ britaniyalı fəalı əfv edib

Putin: Rusiya istənilən təhdidə cavab verməyə hazırdır

Pakistanda hava zərbəsi nəticəsində 23 nəfər həlak olub

Avropa İttifaqı Azərbaycana dəstəyini gücləndirir

Məhkəmədə Malıbəyli və Quşçular kəndlərinə hücumla bağlı sənədlər elan edilib

Roland Prays: "Orta Dəhliz 15 ildə 28 milyard dollar investisiyaya ehtiyac duyacaq"

İstanbulda Azərbaycan məktəbi istifadəyə veriləcək - RƏSMİ

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Yasamal rayonunda yerləşən çoxmənzilli binada yanğın olub - YENİLƏNİB

Bakının bir sıra yollarında tıxac yaranıb

Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib - YENİLƏNİB

Prezidentlərin geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Formula 1-in müddəti uzadıldı - 2030-dək Bakıda keçirləcək

Ruslar Ukraynada daha iki kəndi işğal etdilər

Hərbi jurnalist Şəmistan Nəzirli vəfat edib

Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib

Zəngəzur dəhlizilə bağlı təfərrüatlar bu danışıqlarda dəqiqləşəcək

Prezidentdən Dövlət Suverenliyi Günü paylaşımı - Video

Azərbaycanda Dövlət Suverenliyi günüdür

KİV: Trampın helikopteri Londonda təcili eniş edib

Qriqoryan: Aİ ilə Ermənistan arasında dialoq başlayıb

Rusiyalı nazir müavini: Qızılın qiyməti artacaq

Bütün xəbərlər