{category-title}

VACİB XƏBƏR - Azərbaycanda bu məhsulların qiyməti KƏSKİN ARTACAQ

Milli Məclisin ötən gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb. Qanun layihəsinə əsasən, siqaret və alkoqollu içkilərin aksiz dərəcəsinin artırılması, aksiz vergisindən azad edilən məhsulların siyahısının genişləndirilməsi, motosikletlərə aksiz vergisinin müəyyənləşdirilməsi, mikro sahibkarlara vergi güzəşti şərtlərinin dəyişdirilməsi, kiçik sahibkarlığa keçidin stimullaşdırılması, mikro sahibkarların sosial sığorta haqlarının 25 faizinin ödəyəcəkləri vergidən çıxılması təklif olunub.

Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bəs yeni dəyişiklik nələrə təsir edəcək?

Məsələ ilə bağlı danışan iqtisadçı Natiq Cəfərli referans.az-a bildirib ki, hökumət vergilərin artırılmasına rahat şəkildə getdiyi üçün aksiz dərəclərinin artırılması davamlı olacaq:

"Azərbaycanda alkoqollu içkilər və tütün məmulatları ilə bağlı aksiz dərəcələrinin artırılması birinci dəfə deyil, çox güman ki sonuncu dəfə də olmayacaq. Son illər bu 4-cü ya da beçinci belə addımdır. Çünki hökumətlər vergilərin artırlmasına çox rahat şəkildə gedirlər. Bu sosial məsələ olmadığına görə də vətəndaşlar tərəfindən o qədər də ciddi etirazla qarşılanmır və hətta hökumət bunu sağlam həyat tərzinin təşviqi ilə əlaqələndirirlər. Burada diqqətli olmaq lazımdır. Ard-arda bu qədər vergi, rüsumların və aksiz dərəclərinin artırılması nəticə etibarilə başqa problemlər də yarada bilər".

İqtisadçı qeyd edib ki, tütün məmulatları bizdə çox bahalaşacaqsa, bu qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən tütün məmulatlarının həcmini artıra bilər. Onun sözlərinə görə, zatən bu var, indi insanlar bununla bağlı daha çox riskə gedəcəklər: "Bu da əksinə ölkədə aksiz markası olmayan tütün məmulatlarının satışını artıra bilər. Alkoqollu içkilərlə bağlı isə daha təhlükəli vəziyyət ola bilər. Əgər dəfələrlə belə qərarlar qəbul olunacaqsa və qiymətlər artırılacaqsa, bu ölkədə qüstar üsullarla məhsulların sayının və həcminin artmasına səbəb ola bilər. Bu da çox ciddi bir problemdir. İnsan sağlamlığına xələl və zərər yetirə bilər. Bu kifayət qədər ciddi problemdir. Ona görə də bu məsələlərdə hökumət daha diqqətli olmalıdır".

Əgər ölkədə istənilən halda aksiz dərəclərinin artırılması daha rahat şəkildə həyata keçirilirsə, bilməlidirlər ki, bu sonradan daha böyük problemlər də yarada bilər. O cümlədən saxta alkaqollu içkilərin bazara çıxmasına və nəticə etibarilə insanların sağlamlığına çox ciddi zərərin dəyməsinə səbəb ola bilər - deyə Natiq Cəfərli əlavə edib.

Son xəbərlər

Milli Məclisdə kənd təsərrüfatı ilə bağlı dinləmə keçiriləcək

Elm və təhsil naziri TDT-nin Baş katibi ilə görüşüb

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək

XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib - BƏYANAT

Kobaxidze: Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var

Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq

NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin "Apache" zərbə helikopteri qəzaya uğrayıb

Hacıqabuldakı yanğın söndürülüb

İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub

Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Ceyhun Bayramov Hakan Fidan və Maka Boçorişvilini Ermənistanla sülh prosesi barədə məlumatlandırıb

İran İsrailə zərbələri dayandırıb

Tramp İsrail və İrandan gərginliyi dərhal azaltmağı tələb edib

İsrail ordusu İrana qarşı genişmiqyaslı hava zərbələrini başa çatdırıb, strateji müdafiə sistemləri məhv edilib

Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən üçün test imtahanı keçiriləcək

Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edəcək

Tbilisidə 500-ə yaxın Azərbaycan vətəndaşına Səyyar "ASAN xidmət" göstərilib

Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib

Ceyhun Bayramov İstanbula səfər edib

KİV: ABŞ İsrailə Beyruta zərbə endirmək üçün razılıq verməyib

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

Bəhreyn XİN İranın hücumları barədə: Təhlükəsizlik raketlər və PUA-larla əldə edilmir

Bazar gününün havası açıqlanıb

Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb

Bütün xəbərlər