{category-title}

Quru sərhədləri yanvarda açılacaq? - Təhlükəsizliklə bağlı problemlər hələ də...

Azərbaycanda COVİD-19-la bağlı məhdudiyyətlərin demək olar ki, hamısı aradan qaldırılıb. Ancaq quru sərhədləri hələ də bağlıdır. Sonuncu dəfə karantin müddəti yanvarın 1-dək uzadılıb. 

COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda "xüsusi karantin rejimi" 2020-ci ilin mart ayından etibarən tətbiq edilir. Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb.

Əksər ekspertlər quru sərhədlərinin bağlı qalmasını təhlükəsizliklə əlaqələndirirdilər. Lakin Azərbaycan 19-20 sentyabr tarixlərində həyata keçirdiyi antiterror tədbirləri ilə bütün ərazilərində suverenliyini və konstitusiya quruluşunu bərpa edib. Qarabağ tamamilə separatçı terrorçularından təmizlənib.

Quru sərhədlərinin nə vaxt açılacağı cəmiyyəti ən çox maraqlandıran məsələlərdən biridir. Son günlər bu məsələ yenidən müzakirəyə açılıb. 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Kamran Bayramov bildirib ki, sərhədlərə təhlükə hələ də mövcuddur. O deyir ki, sərhədlərin bağlanması ilk vaxtlar COVİD-19 pandemiyası ilə əlaqdar olub

"COVİD-19 pandemiyası isə artıq bitib. Lakin müəyyən təhlükəsizlik məsələləri nəzərə alınmaqla sərhədlər bağlı olaraq qalır. Bəli, 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri bütün əraizlərimizdə suverenliyimizin və konstitusiya quruluşumuzun bərpa olunması ilə nəticələnib. Buna baxmayaraq, sərhədlərə təhdidlər hələ də mövcuddur. Suverenliyimizi bərpa etsək də, Ermənistanla sərhəd tam müəyyənləşdirilməyib. Bununla bağlı  Azərbaycanla Ermənistan arasında delimitasiya komissiyasının noyabrın 30-da iclası keçirildi".

Quru sərhədləri yanvarda açılacaq? - Təhlükəsizliklə bağlı problemlər hələ də...

Deputat quru sərhədlərinin açılması məsələsinin hazırda gündəmdə olmadığını vurğulayıb:

"Məlum məsələdir ki, quru sərhədlərinin açılıb-açılmaması ilə bağlı Milli Məclis qərar vermir. Məsələ Nazirlər Kabinetindən və onun yanında fəaliyyət göstərən Operativ Qərargahdan asılıdır. Düşünürəm ki, bununla əlaqədar təhlillər aparılır və risklər araşdırılır. Biz hökumətin qərarlarını gözləməliyik. Yalnız bundan sonra quru sərhədlərinin açşılmasından danışa bilərik.  Hazırda gündəm onu deməyə əsas verir ki, quru sərhədlərinin açılması planda yoxdur. Mən quru sərhədlərinin açılmasının cəmiyyətimizi maraqlandırdığı ilə razıyam. Sərhədyanı ərazilərdə yaşayan insanlar üçün gəliş-gediş məsələsi var. Mən də arzulayardım ki, quru sərhədlərinin açılması məsələsi tezliklə öz həllini tapsın. Amma hələ mən bu istiqamətdə heç bir əlamət görmürəm”.

Quru sərhədləri yanvarda açılacaq? - Təhlükəsizliklə bağlı problemlər hələ də...

Politoloq Turab Rzayev quru sərhədlərinin açılmamasının səbəbini təhlükəsizlik məslələri ilə əlaqələndirib:

"Quru sərhədlərinin bağlı qalması ölkəyə xaricdən təxibatçıların daxil olub təhlükəsizliyi pozmaq ehtimalı ilə bağlıdır. Xüsusilə də şimal, cənub qonşularımızdan belə bir təhlükə gözlənilə bilər. Ona görə də faktiki olaraq, Azərbaycan tərəfi əsasən Rusiya və İranla sərhədlərini bağlı saxlamağa çalışır. Gürcüstan sərhədindən elə bir təhlükə yoxdur. Ancaq bir sərhədi bağlı saxlayıb, digərini açmaq olmaz. Çünki bu ciddi suallar doğura bilər.  Ona görə də pandemiya və digər məsələlər səbəb göstərilərək bütün sərhədlər bağlı saxlanılır".

Son xəbərlər

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

İlham Əliyev Sərəncam İMZALADI

Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Bütün xəbərlər