{category-title}

Sahibkarlar "Trendyol"un əlindən dad edir - AXI NİYƏ?

Dövlət Gömrük Komitəsi xaricdən gətirilən malların gömrük limitinin 300 dollardan 150 dollara endiriləcəyi ilə bağlı səslənən fikirlərə münasibət bildirib. vətəndaşlar tərəfindən şəxsi istifadə məqsədilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilməsi qaydaları Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir və hazırda bu qərarda hər hansı dəyişiklik yoxdur.

Qeyd edək ki, xaricdən gətirilən malllara gömrük limiti yenidən müzakirə predmetinə çevrilib. "Trendyol" un Azərbaycandan 1,3 milyon istifadəçisinin olduğu ilə bağlı açıqlamasından sonra sosial platformada sahibkarların "Trendyol" ilə rəqabət apara bilmədiklərini əks etdirən narazılıq dolu müsahibələri paylaşılır.

Sahibkarlar elektron ticarətin Azərbaycanda sahibkarlığa ciddi zərər vurmasından, gəlirlərinin əhəmiyyətli dərəcədə azaldığından şikayətlənirlər.

"Gömrük rüsumunun aşağı salınması məqsədəuyğun deyil"
Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, şəxsi istehlak üçün rüsum ödəmədən xaricdən aylıq 300 dollaradək sifariş məbləğinin iki dəfə azaldılacağı ilə bağlı məlumatlar yayılıb. Deputat da bildirib ki, bu limitlər Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

"Sonununcu dəfə, 2020-ci il avqustunda gömrük limitinin məbləği 1000 dollardan 300 dollara endirildi. Bu limitin dəyişdirilməsi ilə bağlı bir sıra sahibkarlıq subyektləri tərəfindən müraciətlərin olmasına baxmayaraq, onun aşağı salınması məqsədəuyğun deyil", - deyə deputat əlavə edib.

O, bildirib ki, vətəndaşların aylıq 300 dollaradək sifariş etdikləri məhsullar şəxsi istehlak üçündür:
"Bu baxımdan, həmin məbləğin azaldılması və ya vergiyə cəlb edilməsi heç bir halda məqsədəuyğun hesab olunmur. Digər tərəfdən, qlobal olaraq indi elektron sifarişlərin həcmində artımlar var. Yerli sahibkarlarımız da bu çağrışlara hazır olmalıdırlar. Sahibkarların rentabelliyi vətəndaşlar üçün müəyyənləşdirilən gömrük limitinin azaldılması hesabına deyil, öz xərclərini minimumlaşdırmaq və xalis rəqabətə hazır olmaq yolu ilə gücləndirilməlidir Bu baxımdan, vətəndaşlar üçün rüsumsuz aylıq 300 dolların gömrük limitinin dəyişdirilməsinə ehtiyac duyulmur. Sahibkarların rəqabət qabiliyyətini artırmaq üçün digər və daha innovativ mexanizmlərdən istifafə imkanları yaratmaq hər zaman mümkündür".

Limitinin azaldılması çıxış yolu deyil
İKT üzrə ekspert Fərid Pərdəşünas isə deyir ki, Azərbaycanda sürətlə bağlanan pərakəndə satışla məşğul olan mağazaların "Trendyol" ilə rəqabət apara bilməmələrinin əsas səbəbi vergi və rüsumlardır:
"1,3 milyon istifadəçi çox ciddi rəqəmdir və o deməkdir ki, Azərbaycanda elektron ticarət 10 il gecikmə ilə formalaşdı. Lakin çox böyük bir əmma yarandı. Bu, daxili sifarişlər deyil. Hazırda çox sayda sahibkar dövlət orqanlarına şikayət məktubları yazır, mediada məsələni işıqlandırırlar. Sahibkar 36% gömrük rüsumu, gəlir vergisi və digər məcburi ödəmələri etdiyi halda vətəndaş ay ərzində 0%-lə, 300 $-ı keçməmək şərtilə məhsullar daha ucuza əldə edir".

Ekspertin fikrincə, 300 $ limitinin azaldılması Türkiyə malları ilə rəqabət aparmaq üçün çıxış yolu deyil:
"Burada dövlətin üzərinə çox çətin bir məsuliyyət düşür. Çünki bir tərəfdə sahibkar batır, bir tərəfdə elektron ticarət inkişaf edir. Belə anda ilk ağla gələn poçt daşımalarına tətbiq olunan limitin 300 $-dan aşağı salınması məsələsidir. Amma düşünürəm ki, bu, qətiyyən belə olmalı deyil. Bu, çıxış yolu olmayacaq. Dövlət burada sahibkarı qorumaq üçün xüsusi paketlər hazırlamalıdır. Yerli istehsalı təşviq edən nələrsə olmalıdır. Amma bu halda da yerli sahibkar türkiyəli sahibkarla rəqabət apara bilməyəcək. Türkiyə ilə tekstil sahəsində heç nəhəng ölkələr də rəqabət apara bilmir".

Dövr dəyişib, sahibkarlar dövrlə ayaqlaşmalıdırlar
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əgər Azərbaycanda milyonlarla insan "Trendyol"dan istifadədən məmnundursa, vətəndaşların üstünlüklərini məhdudlaşdırmaq olmaz. Ekspert deyir ki, bununla belə sahibkarları da anlamaq mümkündür.

"Bir neçə ildən sonra gördüyümüz ənənəvi alış-veriş mərkəzləri dünyanın heç bir yerində olmayacaq. Artıq dövr dəyişir. Elə ölkələr var ki, onlayn ticarət illik ümumi ticarət dövriyyəsinin yarıdan çoxunu təşkil edir. Azərbaycanda onlayn ticarətin bazar payı 1/5-ə çatmayıb. Lakin elə vaxt gələcək ki, bu, yarıdan çox olacaq. O zaman iş adamları, pərakəndə satışla məşğul olanlar nə edəcək? İndidən bu problemlər görüb, dövrlə ayaqlaşmalıdırlar. Getdikdə sahibkarların şəhərin mərkəzində böyük mağazalar açıb minlərlə manat icarə pulu verməyinə ehtiyac qalmayacaq", - deyə N.Cəfərli bildirib.

Onun fikrincə, sahibkarlar da hökumətlə dioloq qurub mövcud vəziyyətdən çıxış yolları axtarmalıdır. Amma bu 300 $ limitinin azaldılması hesabına baş verməməlidir.(Sputnik Azərbaycan)

Son xəbərlər

FT: Ukraynanın neft terminallarına dron zərbələri Rusiyaya həftədə 1 milyard dollar zərər vurub

Azər Maqsudov cəzadan azad edilib

Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində olub

Zaqatalada sel təhlükəsinə qarşı tədbirlər görülür, dağ çaylarına ağır texnika cəlb olunub

SEPAH İsrailin konteyner gəmisini vurub

Mürsəl İbrahimov Sabirabadda vətəndaşları qəbul edəcək

Mixail Kavelaşvili: Azərbaycanla strateji tərəfdaşlığın çoxtərəfli inkişafı Gürcüstan üçün prioritetdir

Sabah arabir yağış yağacaq

TBMM komissiyası 15 yaşdan aşağı şəxslərin sosial mediaya giriş qadağasını təsdiqləyib

Prezidentin Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilir

Ukrayna Luqanskda kömür şaxtasına zərbə endirib, 41 mədənçi yerin altında qalıb

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

NİİM: Yağışa görə bəzi ərazilərdə nəqliyyatın hərəkəti çətinləşib, sıxlıq yaranıb

Dünya bazarlarında “Brent” nefti bahalaşıb

Odessanın atəşə tutulması nəticəsində üç nəfər həlak olub

SEPAH: İran səfirliklərinə hücum olarsa, bölgədəki İsrail səfirlikləri qanuni hədəf olacaq

Baş nazir müşavirə keçirib, leysan yağışların vurduğu ziyanla bağlı tapşırıqlar verilib

Zelenski Türkiyəyə gedib

Rusiya Ukraynada Nikopol şəhərindəki bazara zərbə endirib: 5 ölü, 19 yaralı var

Sabah yağış yağacaq

SEPAH ABŞ-nin Ər-Riyaddakı səfirliyinə hücumla əlaqəsini təkzib edib

İlham Əliyev Seneqal Prezidentini təbrik edib

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür

Bütün xəbərlər