{category-title}

Xocalı soyqırımını törədən generalın arvadı CƏRİMƏLƏNDİ

İrəvanın Ümumi Yurisdiksiya Məhkəməsi Xocalı soyqırımını törədənlərdən biri, Ermənistanın “Yerkrapa” könüllüləri ittifaqının sabiq sədri, general Manvel Qriqoryan və onun həyat yoldaşı Nazik Əmiryanın bir sıra cinayətlərdə təqsirli bilindiyinə dair hökmü dərc edib.

Bu barədə Ermənistanın məhkəmə hakimiyyətinin Telegram kanalı məlumat yayıb.

Qərar qanuni qüvvəyə mindikdən sonra M.Qriqoryanın 1 milyard 800 milyon drama yaxın pulu, 8 minik avtomobili müsadirə olunacaq.

Məhkəmənin qərarı ilə bu iş üzrə 1 yanacaqdoldurma məntəqəsi zərərçəkmişin varisi H.Torosyana qaytarılacaq.Nazik Əmiryandan 101 milyon 200 min drama yaxın pul müsadirə olunacaq, onun hesabları, daşınar və daşınmaz əmlakı isə hökm icra olunana qədər həbsdə qalacaq.

General Manvel Qriqoryan Azərbaycan torpaqlarının işğalının fəal iştirakçılarındandır. O, Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.
O, Qarabağ müharibəsində əsir götürülən bir azərbaycanlını 4 il evində qul kimi saxlayıb işlətmişdi.

M.Qriqoryanın dəstəsi Qarabağda azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib. O, Ermənistan silahlı qüvvələrinin hərbçisi kimi Qarabağ bölgəsində müxtəlif hərbi hissələrdə komandirlik edib, Ermənistan ordusunda korpus komandiri işləyib. 1996-cı ildə general-mayor, 2000-ci ildə general-leytenant rütbəsi alıb. 2000 - 2008-ci illərdə müdafiə nazirinin müavini postunu tutub. 2012 və 2017-ci illərdə Ermənistan Respublika Partiyasının proporsional siyahısından parlamentin deputatı seçilib.

Manvel Qrioqryan 2018-ci ilin iyununda qanunsuz silah saxlama və ordu üçün nəzərdə tutulan ərzağı mənimsəmə itihamı ilə həbs edilib. Bir müddət sonra 25 milyon dram girov qoymaq qarşılığında zaminə buraxılıb.

M.Qriqoryan İkinci Qarabağ Müharibəsi başlayandan sonra - oktyabrın 7-də Qarabağ bölgəsinə gəlmişdi. Lakin orada səhhəti pisləşdiyi üçün həkimlər ona Qarabağı tərk etməyi məsləhət görmüşdülər. Ermənilər onu Azərbaycan hərbçilərinin əlinə keçə biləcəyindən ehtiyatlanaraq, Yerevana qaytarmışdılar. 
M.Qriqoryan 2020-ci ilin noyabrında ölüb.

Son xəbərlər

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb

Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək

Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir

Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

Ərdoğan futbolçuları belə təbrik etdi - Video

Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub

Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib

Son 8 ayda ölüm sayı açıqlanıb

Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Keçmiş icra başçısı vəfat etdi

Bakıda qadın evdə doğuş etdi

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Bütün xəbərlər