{category-title}

Gündəm / Cəmiyyət
22.11.2023, 17:05
Antibiotik təyinatı hansı aralıqda təyin edilməlidir? - Həkim AÇIQLADI

“Antibiotiklər müəyyən zaman aralıqlarıyla gün ərzində bir neçə dəfə və hətta bəzən 2-3 gündən bir təyin oluna bilər”.
Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində canlı yayımda məlumat verib.
Onun sözlərinə görə antibiotikləri eyni saatda və düzgün aralıqlarla istifadə etmək lazımdır:
“Əks halda müalicənin effektləri nəticə etibarilə aşağı düşür. Nəticədə, bu da xəstəliyin ağırlaşmasına gətirib çıxara bilər”.