{category-title}

Bu şəxslərə nağdsız alış-verişdə güzəşt və endirimlər olunacaq


“Dövlət Sosial Müdafiə Fondundan (DSMF) pensiya və digər ödəniş alanlar üçün nağdsız alış-verişdə tərəfdaş şirkətlər tərəfindən güzəşt və endirimlər tətbiq olunacaq”.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, DSMF həmin qurumdan sosial ödəniş alanlara sosial dəstək məqsədilə “Sosial tərəfdaş” adlı yeni layihəyə başlayıb:

“Dövlət və özəl sektor arasında tərəfdaşlıq nümunəsi olan layihə DSMF-dən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı və kompensasiya alan vətəndaşları əhatə edir. Həmin vətəndaşlar layihəyə qoşulan tərəfdaş şirkətlərə aid market, aptek, klinika, sığorta, turizm və banklarda pensiya və digər ödəniş aldıqları bank kartları ilə nağdsız alış-veriş etdikdə onlara güzəşt və endirimlər tətbiq olunacaq”.

H.Məmişov qeyd edib ki, müxtəlif şirkətlərlə birgə icrasına başlanan “Sosial tərəfdaş” layihəsi dövlət və özəl sektor arasında yeni tərəfdaşlıq və korporativ sosial məsuliyyət nümunəsidir. Layihə Fonddan sosial ödəniş alanlara dəstək, onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi daşıyır.
A
DSMF sədri əlavə edib ki, ilin sonunadək endirim mexanizmi tədbiq olunan tərəfdaşların sayı 1000-dən artıq olacaq: “30 %-ə qədər endirimlərin edilməsi mexanizmi də sadədir. Belə ki, vətəndaşlar kartlarını göstərərək bu xidmətdən yararlana biləcəklər. Yaxın zamanda təmaslı ödənişlərdə də tətbiq mümkün olacaq. 1 milyon 700 min nəfər endirimlərdən yararlana biləcək”.

Layihədə iştirak edən şirkətlərin siyahısı, habelə tətbiq olunacaq güzəşt və endirimlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytına (sosial.gov.az) və ya DSMF (dsmf.gov.az) saytına daxil olaraq “Sosial tərəfdaş” bölməsində tanış olmaq olar.

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər