{category-title}

 

Azərbaycanlı deputatlar İrəvana gedəcək? - Ermənistandan AÇIQLAMA

Rusiya, Türkiyə və Azərbaycandan olan nümayəndələr ATƏT Parlament Assambleyasının (PA) İrəvanda keçiriləcək payız iclasında iştirak etmək üçün qeydiyyatdan keçməyiblər.

Bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Sarkis Xandanyan İctimai Televiziyaya müsahibəsində bildirib.

O qeyd edib ki, ATƏT PA beynəlxalq katibliyi quruma üzv olan 56 ölkənin hamısına, eləcə də 11 tərəfdaş dövlətə dəvət göndərib. Onun sözlərinə görə, hazırda Rusiya, Azərbaycan və Türkiyədən qeydiyyatdan keçmiş iştirakçı yoxdur.

“Azərbaycandan olan nümayəndələr əvvəllər Ermənistana gəlmək üçün təhlükəsizlik təminatları məsələsini qaldırdılar və parlament buna hazır olduğunu bildirib. Keçən il Avronest PA-nın sessiyasında azərbaycanlı deputatların iştirak etdiyi bir vaxtda da belə bir təcrübə olmuşdu. Amma hazırda qeydiyyatda deyillər. Artıq sayılı günlər qalıb, güman edirəm ki, Azərbaycandan deputatlar gəlməyəcək”.

Xandanyan bildirib ki, ATƏT PA-nın iclasında diqqət mərkəzində Cənubi Qafqaz regionu, eləcə də Ermənistanda və onun ətrafında təhlükəsizlik problemləri olacaq.

ATƏT PA-nın payız sessiyasının noyabrın 18-20-də keçirilməsi nəzərdə tutulub. Burada 50-yə yaxın ölkədən 300-ə yaxın nümayəndə iştirak edəcək.

Son xəbərlər

Xalq artisti Arif Babayev vəfat edib

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Çoxuşaqlı analarla bağlı AÇIQLAMA

İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir

Məhəmməd Fadila: "Suriyanın elektrik stansiyaları Azərbaycan qazını qəbul etməyə hazırdır"

Zəngəzurda yolayrıcında qalan İran – hakimiyyətdaxili ziddiyyətlərin təzahürü - ŞƏRH

Avqustun 6-dan MİQ üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi başlayır

Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Naxçıvanda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Avqustun 11-dən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır

Gömrük Komitəsində otağı su basdı - Video

Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq

BİZİM TƏQVİM: 31 iyulda baş vermiş tarixi hadisələr

Kəlbəcər bu səhəri zəlzələ ilə açdı

"Sədərək" ticarət mərkəzində yanğın olub

Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir

Qazi jurnalistlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda - FOTOLAR

Bu ilin birinci yarısında əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Müəllimlərin sertifikasiya prosesinin müsahibə mərhələsi avqustun sonlarında başlayacaq

İndiyədək 121 min uşağın birincə sinfə qəbulu yekunlaşıb

Sakit okeanın cənubundakı bir neçə ada dövlətində sunami təhlükəsi elan edilib

Gəncə Memorial Kompleksinə 10 milyon ayrıldı

Alparslan Bayraktar: "Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq"

Bütün xəbərlər