{category-title}

Bizim qarşımızda çağırışlar var - Nazir

“Gələn ilin dövlət büdcəsinin proqnozlarında neft sektorundan vergi daxilolmalarında iki dəfəyə qədər azalma gözlənildiyinə görə ümumi vergi daxilolmalarında 2023-cü ilin proqnozundan - 7,5 % geriləmə olacaq. Neft sektorundan vergi daxilolmaları 2 milyard manatdan artıq həcmdə azalıb. Yəni iki dəfəyə qədər azalma baş verib. Bu, bizi kifayət qədər narahat etməlidir. Bunun müəyyən səbəbləri var. Biri odur ki, cari ilin əvvəlində dünya miqyasında qaz qiymətləri kəskin surətdə artmışdı. Yanvar-fevral aylarında hətta 3 min ABŞ dollarına qədər qaz qiymətləri artmışdı. Şübhəsiz ki, Azərbaycan da bundan bəhrələnmişdi. Eyni zamanda dünya enerji bazarlarında olduqca müsbət münbit qiymət konyukturası bu gün mövcuddur. Hətta bu da nəzərə alınmaqla dövlət büdcəsində neftin qiyməti 60 ABŞ dollarına qaldırılıb".

Bunu Milli Məclisin plenar iclasında "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib. 

“Neftin 10 ABŞ dolları bahalaşması dövlət büdcəsinin gəlirlərini təxminən 420 milyon manat artırıb. Bu, Dövlət Neft Fondunun (ARDNF) gəlirlərini daha da çoxaldıb. Bu gün bizdə dövlət büdcəsində neftin qiyməti 60 ABŞ dolları təşkil edir, beynəlxalq təşkilatların proqnozlarında təxminən 80 ABŞ dollarıdır. Söhbət təxminən 850 milyon manatdan  əlavə gəlirdən gedir. Biz növbəti ilin vergi daxilolmalarını qiymətləndirsək, 2 milyard 27 milyon manat neft sektoru üzrə kəsirimiz əmələ gəlir. Lakin, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vergi daxilolmaları gələn il cari illə müqayisədə 240 milyon manat çox olacaq. Bu sektordan daxilolmalar 1 milyard manatdan yuxarıdır. Bunları da nəzərə almaqla bizim fərqimiz təxminən 850 milyon manat təşkil edir. Amma bizim qarşımızda proqramlar var və böyük vəzifələr qoyulub. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası, müdafiə qabiliyyətimizin gücləndirilməsi kimi çağırışlar var. Bu işlərin görülməsi üçün bizim xərclərimiz təxminən cari ilin səviyyəsində saxlanılıb”.

Son xəbərlər

FT: Ukraynanın neft terminallarına dron zərbələri Rusiyaya həftədə 1 milyard dollar zərər vurub

Azər Maqsudov cəzadan azad edilib

Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində olub

Zaqatalada sel təhlükəsinə qarşı tədbirlər görülür, dağ çaylarına ağır texnika cəlb olunub

SEPAH İsrailin konteyner gəmisini vurub

Mürsəl İbrahimov Sabirabadda vətəndaşları qəbul edəcək

Mixail Kavelaşvili: Azərbaycanla strateji tərəfdaşlığın çoxtərəfli inkişafı Gürcüstan üçün prioritetdir

Sabah arabir yağış yağacaq

TBMM komissiyası 15 yaşdan aşağı şəxslərin sosial mediaya giriş qadağasını təsdiqləyib

Prezidentin Tbilisidə rəsmi qarşılanma mərasimi keçirilir

Ukrayna Luqanskda kömür şaxtasına zərbə endirib, 41 mədənçi yerin altında qalıb

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

NİİM: Yağışa görə bəzi ərazilərdə nəqliyyatın hərəkəti çətinləşib, sıxlıq yaranıb

Dünya bazarlarında “Brent” nefti bahalaşıb

Odessanın atəşə tutulması nəticəsində üç nəfər həlak olub

SEPAH: İran səfirliklərinə hücum olarsa, bölgədəki İsrail səfirlikləri qanuni hədəf olacaq

Baş nazir müşavirə keçirib, leysan yağışların vurduğu ziyanla bağlı tapşırıqlar verilib

Zelenski Türkiyəyə gedib

Rusiya Ukraynada Nikopol şəhərindəki bazara zərbə endirib: 5 ölü, 19 yaralı var

Sabah yağış yağacaq

SEPAH ABŞ-nin Ər-Riyaddakı səfirliyinə hücumla əlaqəsini təkzib edib

İlham Əliyev Seneqal Prezidentini təbrik edib

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür

Bütün xəbərlər