{category-title}

"3+3" Cənubi Qafqazı inkişaf etdirə biləcəkmi... - TƏHLİL

Azərbaycan ordusunun ötən ay həyata keçirdiyi ildırımsürətli antiterror tədbirlərindən sonra Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilk dəfə bir araya gəlib. Tehranda baş tutan "3+3" formatında iclasa ev sahibi İran, region ölkələrindən Türkiyə və Rusiya da qatılıb.

Gürcüstan Rusiyaya görə görüşdə iştirak etməkdən imtina edib. Lakin Tbilisi regional inteqrasiya ideyasını rədd etmir, bunun əvəzinə alternativ model təklif edir. Belə ki, Gürcüstan “3+3” deyil, sadəcə olaraq “3” formatında - Cənubi Qafqazın üç ölkəsi - danışıqlar aparılmasını istəyir. Ona görə Tehran görüşünü de-fakto "3+2" adlandırmaq mümkündür.

İkinci Qarabağ müharibəsinin başlanmasından sonra yaradılan "3+3" platforması regional məsələləri region ölkələrinin özləri tərəfindən həll edilməsini nəzərdə tutur. Qarabağ məsələsinin başa çatmasından sonra regionda baş verən köklü dəyişikliklər fonunda platforma populyarlaşıb. Çünki proseslər regionda inkişaf üçün yeni imkanlar yaradıb, sözügedən imkanlar isə bütün xarici qüvvələri təşəbbüsü ələ almağa təşviq edib. Qarabağdakı birgünlük əməliyyatdan sonra Qərb Qrenadada, Rusiya isə Bişkekdə Ermənistan və Azərbaycan arasında görüş keçirməyə cəhd edib, lakin nəticə uğursuz olub.

İran "3+3"ün həyata keçirilməsində daha həvəsli görünür. Çünki, bu təşəbbüs "regiondan kənar qüvvələrin", mahiyyət etibarilə Qərbin Cənubi Qafqaza təsir imkanlarını azalda bilər. İclasdan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib ki, danışıqlar tarixi fürsətdir, Cənubi Qafqazda müharibə başa çatıb, sülh və əməkdaşlıq zamanıdır: “Regionda kənar qüvvələrin olması nəinki heç bir problemi həll etməyəcək, həm də vəziyyəti daha da çətinləşdirəcək”. İran prezidenti İbrahim Rəisi nazirləri ayrı-ayrılıqda qəbul edib və regional məsələləri müzakirə edib. Rəisi bildirib ki, Tehran Azərbaycan və Ermənistan arasında mövcud mübahisələrin həllinə kömək etməyə hazırdır. İran Prezidenti də vurğulayıb ki, regionun problemləri xarici qüvvələrin müdaxiləsi ilə həll edilə bilməz.

Ev sahibi ölkənin lideri və baş diplomatı "regiondan kənar qüvvələr" dedikdə hansı gücləri nəzərdə tutduğunu açıq deməyib. Amma, heç bir şübhə yoxdur ki, burada ABŞ və Avropa İttifaqı nəzərdə tutulur. Belə ki, Azərbaycan və Ermənistan İkinci Qarabağ müharibəsindən sonra Qərb platformalarında müxtəlif görüşlər keçirib, sülh sazişi ilə bağlı ciddi irəliləyiş əldə ediblər. Oktyabrın sonunadək liderlər səviyyəsində Brüsseldə görüşün keçirilməsi planlaşdırılır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqazda münaqişənin başa çatdığını bildirib. "Münaqişə bütövlükdə həll olunub. Hər iki tərəf razıdır ki, Qarabağ Azərbaycana məxsusdur və həll edilməli olan əsas məsələ bu idi... Əlbəttə, münasibətlərin tam normallaşması, xüsusən də sülh müqaviləsinə hazırlıq, sərhədlərin demarkasiyası və maneəsiz iqtisadi nəqliyyat əlaqələrinin qurulması üçün praktiki addımlar qalır”.

Rusiya özünü Azərbaycan və Ermənistan arasında təhlükəsizliyin təminatçısı hesab edir, lakin Ukraynadakı müharibə onun Cənubi Qafqazda təsirinin zəifləməsinə səbəb olub. Üstəlik, son aylarda Rusiya və Ermənistan arasında münasibətlərin gərginləşməsi Moskvanın təşəbbüslərinə mane olur.

Türkiyənin xarici işlər naziri Hakan Fidan X sosial media platformasında verdiyi açıqlamada Ankaranın danışıqların "normallaşma və sülh proseslərinə təkan verəcəyinə" ümid etdiyini bildirib. Yeri gəlmişkən, nazirlərin növbəti görüşü gələn ilin əvvəlində Türkiyədə baş tutacaq. Nazirlərinin birgə bəyanatında deyilir ki, iştirakçılar region ölkələrinin ərazi bütövlüyünə hörmətlə yanaşmağa razıdırlar. Tehran görüşündə tərəflər "3+3" üzrə xüsusi nümayəndələrin təyin edilməsinə də razılıq verib.

Görüş Yaxın Şərqdə gərginliyin artması fonunda baş tutub. Təsadüfi deyil ki, birgə bəyanatda İsrail və HƏMAS arasındakı toqquşmaya da istinad edilib və mülki itkilərin qarşısının alınmasının zəruriliyi vurğulanıb.

Nəticə etibarilə Tehran görüşünü İranın Cənubi Qafqaz siyasətində öz yerini tutmaq cəhdinin bir parçası hesab etmək olar. İran Qərbin regionda güclənməsində maraqlı deyil, buna görə təşəbbüsü ələ almağa cəhd edir. Lakin Qərbin bu təşəbbüsə mane olmaq istəyəcəyinə heç bir şübhə yoxdur. Həm Rusiyanın regionda yeganə güclü aktor olmaq həvəsi, həm Azərbaycan və Türkiyənin İrana şübhə ilə baxması, həm də Ermənistanın sülh müqaviləsi imzalamaqdan imtina etməsi "3+3" platformasını uğursuzluğa düçar edə bilər.


Modern Təhlil və Araşdırma Qrupu

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər