{category-title}

Ermənilərdən SƏRSƏM AÇIQLAMA- İndi də kompensasiya istəyirlər

Həm hərb meydanında, həm də siyasi masada rəzil duruma düşən Ermənistan rəhbərliyi yersiz və mənasız açıqlamaları ilə gündəmə gəlməkdə davam edirlər.

Uğursuzluqlarını müxtəlif bəhanələrlə əsaslandırmağa çalışan işğalçı, riyakar Ermənistan rəhbərliyi bir-birilərini də günahlandırırlar.

Rəhbərlərinin yarıtmaz siyasəti nəticəsində erməni xalqı da ziyan çəkir. Xüsusilə də Qarabağdakı antiterror tədbirlərindən sonra öz istəkləri ilə Xankəndini tərk edən ermənilər daha çətin durumdadırlar.

Azərbaycan dövləti dəfələrlə bəyan etmişdi ki, onlar bizim qanunlarımız çərçivəsində öz evlərində rahat şəkildə yaşaya, xunta rejimindən azad olmuş halda xoşbəxt ola bilərlər. Ancaq görünür ki, ermənilər xoşbəxt yaşamağa özlərini layiq bilmədilər və ərazini tərk etdilər.

Azərbaycan onların bu qərarına da sayğı ilə yanaşdı və getmək istəyənlər üçün heç bir maneə yaratmadı.

İndi Ermənistanın sabiq ombudsmanı Arman Tatoyan açıqlamasında Azərbaycanın Qarabağ bölgəsini tərk etmiş ermənilərin öz mülkiyyətlərinə görə kompensasiya almaq hüquqlarının olduğunu iddia edib.

Belə bir yersiz fikri bundan əvvəl Ermənistanın ilk ombudsmanı Larisa Alaverdyan, keçmiş ədliyyə naziri Gevorq Danielyan və digərləri ermənilərin dəymiş zərərə görə mülki, mənəvi, sağlamlığa görə və s. iddialar qaldırmalı olduqlarını bildiriblər.

İndi Ermənistan çıxış yolunu əsassız ittihamlarda, Qərbə sığınıb məhkəmə zallarına çıxmaqda görür. Ermənistanda Azərbaycana qarşı yeni iddialar irəli sürülməsi üçün artıq ictimai rəy formalaşdırılmasına başlanılıb.

O zaman Azərbaycanın da 30 ildir tapdalanan hüquqlarının bərpa olunması gərəkdir. Ermənistan ərazisindən və Azərbaycanın 20 faiz torpaqlarından bir milyondan artıq azərbaycanlı qovulub. Onlar Qarabağı öz xoşları ilə, məcburiyyətsiz tərk edən ermənilərdən fərqli olaraq, ev, avtomobil, mal-qara, bir sözlə hər şeylərini atıb qaçmağa məcbur olublar. 30 il ərzində işğal olunmuş Azərbaycan torpaqları talanıb, şəhərlər, kəndlər yer üzündən silinib.

BMT-nin missiyası illər ərzində bu əraziyə girə bilmədiyi təqdirdə, son aylarda dəfələrlə Azərbaycanın köməkliyi ilə ərazidə olublar. Gərçi, onlar da, Avropa da Ermənistanın tərəfindən çıxış ediblər. 30 il susanlar, indi dilə gəliblər.

Ancaq qanun hər kəs üçün qanundursa, o zaman Azərbaycanın da itirdiklərinin kompensasiyası olmalıdır. Bu gün Qərb dairələri Qarabağın quruculuğu, minadan təmizlənməsi üçün gözəbatan, iri miqyaslı hər hansı bir layihə irəli sürmür, dəstək göstərmirlər. Ancaq Ermənistan üçün hər kəlmədə dəstək verir, maddi yardımlarını əsirgəmirlər. İkili standartları hər addımda görürük.

Bizim itirdiklərimizə görə kim cavab verəcək?

Belə iddialar irəli sürənlər kompensasiya tələbinin, məsələnin hüquqi müstəvidə həllinin ikitərəfli olacağını bilməlidirlər və belə olduqda Ermənistanın üzərinə hansı ağır yük düşəcəyini də indidən gözlərinin önünə gətirməlidirlər.

Araşdırılmalıdır ki, o 100 min erməninin Qarabağda yaşaması nə dərəcədə hüquqi əsaslıdır.

Məlumatlara görə, onların böyük əksəriyyəti sonradan qeyri qanuni məskunlaşıblar və belə olduqda, bu cinayətdir və onların heç bir mülkiyyət və s. Hüququ da ola bilməz.

Bunları göz önünə gətirməyən Ermənistan rəhbərliyi yenə də xalqını və özünü rəzil duruma salır. Bizə qarşı qaldırılan əsassız ittihamlar sonda onların özlərini məhvə aparacaq. (Musavat.com)

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər