{category-title}

“Başımı aşağı salıb hər şeydən imtina edən deyiləm” - Mahir Emreli

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Avstriya ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” onun müsahibəsini təqdim edir:

- Son iki oyun haqda fikirlərini bölüşərdiniz...

- Estoniya ilə matç nəticə və oyun baxımından bizim üçün yaxşı oldu. Bu gün ilk hissədə qol epizodlarımız olmasa da, topla oynamağa çalışırdıq. İkinci yarıda daha yaxşı oyun alındı. Çalışırdıq ki, hamımız bir yerdə hücuma gedək. Nəticəyə görə üzülürəm. Çünki, bu gün nəinki 1 xala, hətta 3 xala da layiq idik.

- Tribunaların boş olması sizin üçün gözlənilməz oldu?

- Azarkeşlərin olması həmişə futbolçular üçün böyük motivasiyadır. Futbolu onlara görə oynayırıq.

- Estoniya ilə oyunda əvəzlənərkən narazılığınız var idi. Düşünmürsüz ki, bu gün start heyətində yer almamağınız bununla bağlı idi?

- Həmin an vura bilmədiyim zərbələr gözümün önündən keçirdi. Özüm-özümə deyinirdim, baş məşqçilik bir şey yox idi. Bu gün start heyətdə olmamağımın səbəbini bilmirəm.

- Siz meydana daxil olanda azarkeşlərin arasında coşqu yarandı. Meydanda daha çox olsaydınız, nələrsə edə bilərdiniz?

- Təbii ki. Çünki, evdə oynayırdıq. Daha çox vaxt olsaydı, bəlkə nəsə etmək olardı. Artıq olub bitdi. Azarkeşlərin coşqusu mənə motivasiya verir. Hər dəfə top ayağıma gələndə nəsə olacağını gözləyirdilər. Ümid edirəm ki, gələcəkdə mənə inanan hər kəsin ümidlərini doğruldacağam.

- Sizin və Musa Qurbanlının az şans qazanması ab-havanıza təsir etmir?

- Yox. Klub başqa, milli başqadır. Kluba gedəndə burada baş verənləri unudursan. Məşqçinin öz fikridir. Bu sualların cavabını o, daha yaxşı bilər. Bu gün xaricdə oynayan futbolçuların çox olması müsbət məqamdır. Bir dostum var, deyir ki, arzu edirəm ki, bir gün millimizin bütün futbolçuları toplanışa xaricdən gəlsinlər.
Ətraflı

- Belə fikir var ki, hazırkı milli müstəqillik dövrünün ən yaxşı millisidir. Bu heyətlə hansı formada nəticə qazana bilərik?

- Bu heyətlə 4-5 ildir oynayırıq. Lüksemburq millisinə baxın. Neçə illərdir bir yerdə oynayırlar. Bu gün artıq seçmə mərhələni keçməyə yaxındırlar. Portuqaliyaya məğlub olublar, amma komanda futbol oynayır. Taktiki məqamlar baş məşqçilərin verəcəyi qərardır. Hamı görür ki, heyət necə olanda komanda necə oynayır.

- “Dinamo”da ötən illə müqayisədə daha çox şans qazanırsız. Bu, nə ilə bağlıdır?

- Keçən il baş məşqçi ilə problemlər yaşayırdım. İstər-istəməz bu, meydanda da görünürdü. Bu il nisbətən yaxşıdır. Baş məşqçi nə qədər çox güvənsə, futbolçu bir o qədər canla-başla oynayacaq. Son oyunların çoxusuna əsas heyətdə çıxmışam. Komandana fayda verməyə çalışıram. “Dinamo” məni futbolçu kimi çox böyütdü, formalaşmağımda köməyi çox oldu. Böyük futbolçularla oynamaq, məşq etmək adama fayda verir. Fərqi hiss edə bilirsən. “Dinamo”nun böyüklüyü hamıya məlumdur. Komandamız TOP Liqadakı bir çox klublardan zəif deyil.

- Avrokuboklardakı uğursuzluğu nə ilə əlaqələndirirsiz?

- AEK-lə oyun bizim üçün şok idi. 90-cı dəqiqəyə kimi 2:0 öndə idik. Bəzi oyunçular komandadan getdi və bunun da təsiri oldu. Daha sonra toparlana bildik.

- Adınız “Neftçi” ilə hallanır. Belə bir təklif olub?

- Yox, olmayıb.

- Sizin gedişinizdən sonra xarici klublara keçən futbolçularımızın sayı artdı. Düşünmürsüz ki, xaricdə qalmaq çətindir stereotipini qırdınız?

- Bu barədə heç vaxt düşünməmişəm. Əgər az da olsa, fayda verə bilmişəmsə, buna görə çox şadam. “Dinamo”da ötən il çox çətin mövsüm keçirdim. Neynəyim? Başımı aşağı salıb hər şeydən imtina edəsi deyiləm, çalışmalıyıq. Bu məsələdə deyirəm ki, “Dinamo” məni çox böyütdü.

- Legioner həyatı yaşayan futbolçulardan sizinlə məsləhətləşən olub?

- Yox. Mənim getdiyim komandaya kimsə gedəsi olsa, onda başa düşərəm. Futbolçuların mənimlə məsləhət edəsi durumu olmur. Çətinliklər var. Bəzən tək olmaq çətindir. Dil baxımından çətinliyim olmadığı üçün adaptasiya dövrünü rahat keçirəm. Ürəyim istəyəndə ailəm yanıma gələ bilir. Hər şeyin öhdəsindən gəlmək olar. Baxır qarşına qoyduğun məqsəd nədir. Ona doğru irəliləmək lazımdır.

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər