{category-title}

General Xankəndiyə komendant təyin edildi

Xankəndi şəhərinə komendant təyin edilib.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, polis general-mayoru Sərdar Səfərov Xankəndi şəhərinə komendant təyin edilib.

Sərdar Səfərov 13 yanvar 2023-cü ildə Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Səfərov Sərdar Süleyman oğlu bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsi rəisinin xidmət üzrə müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, 1973-cü ildə Sumqayıt şəhərində anadan olub.

1994-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1999-cu ildə Türkiyə Respublikasının Jandarma Zabitlər Məktəbini, 2020-ci ildə isə DİN-in Polis Akademiyasını bitirib.

1996-cı ildən 2005-ci ilin avqust ayınadək Daxili Qoşunlarda xidmət etmiş və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə işləyib. O cümlədən, DİN-in Daxili Qoşunların hərbi hissələrində Motorlaşdırılmış Alayının Xüsusi təyinatlı bölüyünün komandiri, Xüsusi Motorlasdırılmış Alayının Xüsusi təyinatlı taborunun komandirinin müavini-qərargah rəisi vəzifələrində xıdmət edib.

2005-ci ildən daxili işlər orqanlarında xidmətə başlamış o cümlədən, bölük komandirinin müavini, bölük komandiri vəzifələrində, 2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi vəzifələrində xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2022-ci ildəki sərəncamı ilə polis general-mayoru xüsusi rütbəsi verilib.

Azərbaycan Respublikası Prezidentinin 06 may 2005-ci il tarixli sərəncamı ilə “Hərbi xidmətlərə görə”, Prezidentin 01 iyul 2013-cü il tarixli sərəncamı ilə "İgidliyə görə", Prezidentin 29 iyun 2018-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalları ilə təltif edilib.

Ailəlidir, 3 övladı var.

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər