{category-title}

Rusiyada donuz taunu YAYILDI - Azərbaycana da gələ bilərmi?

Heyvan Xəstəliklərinə Nəzarət üzrə Ussuri Baytarlıq Stansiyası yaydığı məlumata görə, Rusiyanın Primorye diyarında Afrika taununun yayılması səbəbindən təxminən 5 min donuz yandırılıb.

Bildirilir ki, heyvanlar əvvəl yatızdırılıb, hazırda isə ərazidə Afrika donuz taunu ilə bağlı karantin tətbiq olunduğu üçün onların cəmdəkləri yandırılır

Risk nə qədərdir?

Mövzu ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, xəstəliyin ölkəmizdə yayılma riski çox aşağıdır:

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ölkəmizdə donuz saxlanılması o qədər də geniş yayılmadığı üçün bu xəstəliyin donuzlar arasında yayılması riski çox aşağıdır. Həmçinin ölkəmizə idxal olunan məhsullar xüsusi müayinələr cəlb olunur və yalnız təhlükəsizlik, keyfiyyət göstəriciləri uyğun məhsulların idxalına icazə verilir”.

Bəs sözügedən xəstəlik nə dərəcədə təhlükəlidir?

Tibb üzrə elmlər doktoru Adil Qeybulla Afrika taununun daha çox heyvan mənşəli xəstəlik olduğunu bildirib. Onun sözlərinə görə, bu virusa əsasən donuzlarda rast gəlinir:

“Bütün yaşlarda olan bu heyvanların xəstəliyə tutulma ehtimalı çox yüksəkdir. Bəzi ölkələrdə donuzların yeyilməsi ilə bağlı qadağanın zamanında tətbiq edilməsi, əslində bu xəstəliklərin qarşısının alınması ilə bağlıdır. Məsələ burasındadır ki, bu zoonos nə vaxtsa insana da keçə bilər. Bu gün isə bu xəstəlik insana keçmir və təhlükəli deyil. Ancaq ev heyvanları, əsasən də donuzlar üçün böyük təhlükə törədir”.

Donuz taunu ölkəmizə də gələ bilərmi?
Ölkəmizdə bu heyvanların elə də geniş yayılmadığını söyləyən müsahibimizin sözlərinə görə, amma Qəbələ və digər bölgələrdə donuz fermaları var:

“Həm Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, həm də Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumatlara görə, Azərbaycanda donuzların sayı təxminən 6 minə yaxındır. Hər halda, bu qurumlar da Rusiyadakı vəziyyətlə bağlı həmin fermaları nəzarətə götürəcəklər. Azərbaycan üçün elə də ciddi təhlükə yoxdur. Bununla belə bizdə də donuz əti istifadə olunur. Ölkənin etnik tərkibi müxtəlif olduğu üçün ticarət məntəqələrində müxtəlif yerlərdən gətirilən donuz ətinin satışına rast gəlinir”.

Həkim onu da qeyd edib ki, təkcə bu xəstəlik deyil, digər viruslar da əsasən qidalarla yayıla bilir:

“Hətta çirkləndirilmiş alətlər vasitəsilə, eləcə də zədələnmiş dəridən, selikli qişalardan digər heyvanlara keçə bilər. Ölüm səviyyəsi isə 100 faizə yaxındır. Belə ki, xəstələnmiş heyvanlar bir-biriləri ilə təmasda olduqda, xəstələnirlər və ölüm ehtimalı yüksəlir”.

A.Qeybulla hesab edir ki, məsələyə ciddi diqqət yetirilməlidir:

“Xüsusilə ölkəyə donuz ətinin idxalı ilə bağlı müvafiq tədbirlər görülməlidir. Eyni zamanda donuz yetişdirilən fermalara diqqət ciddi şəkildə artırılmalıdır”.

Qeyd edək ki, klassik donuz taunu - donuzların virus xəstəliyi olub, qızdırma, qan damarlarının və qanyaradıcı orqanların zədələnməsi, yoğun bağırsağın selikli qişasının iltihabı ilə xarakterizə olunur.

Bu xəstəlik təsərrüfatlara böyük iqtisadi ziyan vurur: heyvanların ölüm nisbəti 80-100% təşkil edir. Həmçinin kütləvi ölümdən sonra binaların dezinfeksiya edilməsinə, heyvanların utilizasiyasına, karantin tədbirlərinə külli miqdarda vəsait xərclənməlidir.

Son xəbərlər

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

Bakıda avtomobil qadını vuraraq öldürüb

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

Bütün xəbərlər