{category-title}

"İlham Əliyev mənə deyir ki..." - Putin

Biz Kəlbəcər və Laçın rayonlarının, eləcə də Qarabağın Ermənistanın yurisdiksiyasında qalması ilə bağlı həll variantını təklif etmişdik.

Bu barədə Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında bildirib.

Rusiya lideri sözügedən məsələ ilə bağlı artıq heç bir dönüş nöqtəsi olmadığını deyib: "Biz nə baş verdiyini görür və başa düşürük. Bu haqda deyiləcək çox şey var. Biz həll variantlarımızı təklif etmişik, bu məlumdur. Biz Azərbaycanla razılığa gəlməyi təklif etdik ki, iki rayon - Kəlbəcər və Laçın, eləcə də bütün Qarabağ faktiki olaraq Ermənistanın yurisdiksiyasında qalsın. Amma Ermənistan rəhbərliyi bununla razılaşmadı, baxmayaraq ki, biz 10-15 il Ermənistan rəhbərliyini buna razı salmağa çalışdıq. Nə edəcəksiniz sualımıza cavab verdilər ki, döyüşəcəyik. Sonda hər şey indi formalaşmış vəziyyətə gəldi. Amma söhbət təkcə son münaqişənin nəticələrindən getmir. Məsələ ondadır ki, Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb".

Putin həmçinin qeyd edib ki, tərəflər Praqadakı bəyanatlarında açıqlamalarını rəsmiləşdiriblər: "İndi prezident İlham Əliyev mənə deyir: "siz bilirsiniz ki, Ermənistan Qarabağı bizimki kimi tanıyıb, Qarabağın statusu məsələsi artıq yoxdur, həll olunub. Ermənistan rəhbərliyi 1991-ci ilə qədər Azərbaycan SSR tərkibində mövcud olan bütün əraziləri nəzərə alaraq və Qarabağ ərazisinin də daxil olduğu ərazilərin sayını açıqlayaraq bunu açıq elan edib". Bu bizim qərarımız deyildi. Bu, Ermənistanın bugünkü rəhbərliyinin qərarıdır. Əgər belədirsə, bizə deyirlər ki, indi bizimlə bütün məsələləri ikitərəfli əsasda həll edin. Daha Qarabağla bağlı nə edə bilərik? Ermənistan özü Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıbsa, nə deyək, burada deməyə söz yoxdur".

Putin Ermənistanın Rusiya Federasiyasına və KTMT-yə qarşı narazılıqları və köməksizliyi ilə bağlı sualı cavablandırarkən deyib ki, bütün problemi Ermənistan özü Qarabağı Azərbaycan ərazisi kimi tanımaqla həll edib: "Təbii ki, burada başqa məsələlər də ortaya çıxır: humanitar komponent və sülhməramlılarımızın mandatı ilə bağlı məsələlər. Mandat hələ də qüvvədədir və humanitar xarakterli məsələlər, etnik təmizləmənin qarşısının alınması, təbii ki, aradan qalxmayıb, mən bununla tam razıyam. Ümid edirəm ki, Azərbaycan rəhbərliyi həmişə bizə dedikləri və söylədikləri kimi, heç bir etnik təmizləmənin aparılmasında maraqlı deyil, üstəlik, prosesin rahat getməsində maraqlıdırlar".

Son xəbərlər

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir

İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO

Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik

Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək

Türkiyədə bələdiyyə sədri saxlanılıb

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

Putin İlham Əliyevi təbrik etdi

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...

Metronun hərəkət qrafiki dəyişdirilir

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

QMİ Qurban bayramı ilə bağlı fətva verib

Xəzər dənizində zəlzələ olub

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

Bütün xəbərlər