{category-title}

Cahangir Əsgərovdan sonra AZAL-ın qiymətləri ucuzlaşacaq? - İlin sonuna kimi...
Bir neçə gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə Cahangir Əsgərov “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib. 
Cahangir Əsgərov digər hava yolları ilə müqayisədə AZAL-ın bilet qiymətlərinin olduqca baha olması barədə şikayətlərin artması fonunda işdən çıxarılır. Prezidentin sərəncamı ilə onun yerinə müvəqqəti olaraq QSC-nin birinci vitse-prezidenti Samir Rzayev gətirilib.
Bu yenilik AZAL-ın qiymətlərində yarana biləcək dəyişiklikləri gündəmə gətirir. Vətəndaşlarda sual yaradan məsələ isə bu dəyişikliyin qiymətlərə təsir edib-etməyəcəyidir.
Milli Məclisin deputatı Rüfət Quliyev Modern.az-a açıqlmasında AZAL-da yeniliklər gözlədiyini bildirib.
“İstənilən addım düşünülmüş addımdır. Mənə elə gəlir ki, bu addımla  AZAL-ın siyasətində böyük dəyişikliklər olacaq. İlk orada problem var idi ki, AZAL monopolist idi. İstər aeroportlar, onlara qulluq edən infrastrukturlar, bütün bağlı təşkilatlar bir yerdə idi. Hətta  Azərbaycanın “loukoster“ni açanda onun da AZAL-dan asılılığı var idi. Xidmətdə, biletlərin qiymətlərində böyük dəyişiklər gözlənilir.
Vətəndaşlarla görüşümüz zamanı istirahətə, oxumağa, xəstəxanlara gedən adamlar qiymətlərin baha olmasından şikayətlənirdilər.  Məsələn Gürcüstan qiymətləri ilə müqayisə edəndə fərqlər var. Ümid edirəm böyük dəyişikliklər olacaq. Hökumət bunu tədricən, mərhələli edir. Bu ilin sonuna qədər insanlar üçün müsbət dəyişiklər olacaq”.
Cahangir Əsgərovdan sonra AZAL-ın qiymətləri ucuzlaşacaq? - İlin sonuna kimi...
O qeyd edib ki, Azərbaycan regionlarında beynəlxalq standartlara uyğun aeroportlar var.
"Əgər AZAL işlədə bilmirsə, tender keçirib onları icarəyə vermək lazımdır. Bütün dünyada hava limanlarının 55%-i icarədədir. Mənə elə gəlir, icarəyə verilərsə, regionlarda daha çox, yeni iş yerləri açılacaq, maaşlar artıq olacaq. Bu adi məsələdir, bir-birinə bağlıdır.
Nəzərdə tutmuşam, oktyabrda bu mövzunu təklif edim. İstənilən dövlət obyektini, böyük idman komplekslərini, hava limanlarını, dəniz limanlarını icarəyə vermək olar. Cənab prezident hər dəfə bildirir ki, dövlət strukturlarının obyektləri daha qazancverici, effektiv olmalıdır. Bu həm də sahibkarlıq üçün böyük addımdır”.- deputat bildirib.
Cahangir Əsgərovdan sonra AZAL-ın qiymətləri ucuzlaşacaq? - İlin sonuna kimi...
Milli Məclisin deputatı Vahid Əhmədov isə AZAL-ın qiymət siyasəti barədə daha yeni addımlar atılmalı olduğunu diqqətə çatdırıb.
“Qiymətlər kifayət qədər bahadır, alternativliyə imkan yoxdur. Problemlər var. Hətta Naxçıvan biletlərinin qiymətləri yüksəkdir. Çox məsələlər qaldırılır. Hələlik təyin edilən əvəzedici kadr cavandır. İndi artıq idarəetmə strukturlarında cavanlaşma gedir.
Hesab edirəm AZAL-da böyük islahata ehtiyac var. Biletlərin qiyməti kifayət qədər yüksəkdir. Hətta qonşu Gürcüstan, Türkiyə ilə müqayisədə qiymətlər çox yüksəkdir. Qiymətləri normal səviyyəyə gətirmək lazımdır, əlçatanlıq olsun.
Mənə elə gəlir yeni rəhbərlik təyin olunduqdan sonra öz komandasını yığacaq. Mən deməzdim ki, qiymətlərin köhnə rəhbərliklə əlaqəsi var idi, fakt o idi ki, qiymətlər baha idi. Bunlar stabilləşməli, tariflərə baxılmalıdır”.

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər