{category-title}

"Bu il daha ciddi tıxaclar olacağı gözlənilir" - Ekspert
"Sentyabrın 15-i təkcə yeni tədris ilinin deyil, həm də şərti olaraq yeni tıxac mövsümünün də başlanğıcı sayıla bilər. Həmin tarixə cəmi 10 gün qalır. Çoxumuzu düşünüdürür ki, görəsən bu il necə olacaq?"
Bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. Ekspert bildirib ki, Abşeron aqlomerasiyasının (Bakı şəhəri, ətraf kənd və qəsəbələr, Abşeron rayonu və Sumqayıt şəhəri) küçə-yol şəbəkəsində mobilliyə təsir edən əsas amillərə nəzər yetirəndə mənzərə xeyli aydınlaşır:
"Yollarda tıxac yaranmasını stimullaşdıran əsas amillərdən biri olan məskunlaşma ilə bağlı məsələ bir az da qəlizləşib. Yəni, Bakı ətrafında bəzi yaşayış massivləri bir az da sıxlaşıb, rayonlardan paytaxta gələnlər də yəqin ki, azalmaz, əksinə artar. Xarici ölkələrdən Vətənə qayıdanlar da böyük ehtimalla artıb. Bunun qarşlığında yenə də əsas iş yerləri şəhərin daxilindədir. Yəqin ki, periferiyalarda məktəb çatışmazlığı daha da qabarıq görünəcək. Deməli, şəhərə giriş yollarında hərəkət intensivliyi artacaq. Son bir ildə ölkəyə 70-80 min minik avtomobili gətirilib, əksəriyyəti də Bakıya və Abşeron aqlomerasiyasına. Deməli, küçələrə çıxacaq avtomobillərin sayı da artıb. Bakı Metropolitenində son bir ildə cəmi 1 stansiya – “Xocəsən” istifadəyə verilib. Onun ümumi sərnişin axınına ciddi təsiri gözlənilmir. Qatarların hərəkət qrafiki və digər amillər də yerində qalır".
"Bu il daha ciddi tıxaclar olacağı gözlənilir" - Ekspert
Ekspert qeyd edib ki, Bakının və aqlomerasiyanın digər məntəqələrinin avtobus marşrutlarında isə geriləmə müşahidə edilir:
"Diqqət etsəniz, yollarda avtobusların azaldığını aydın şəkildə görə bilərsiniz. Bu, yəqin ki, avtobus parkının daha bir il köhnəlməsi, yeni avtobusların gətirilməməsi, mövcudların isə saz vəziyyətdə istismarının çətinlikləri ilə bağlıdır. Hər bir halda avtobus parkının vəziyyəti, onun perspektivi indiki durumda kifayət qədər bərbaddır. Həmçinin, son bir ildə aqlomerasiyanın küçə-yol şəbəkəsində ciddi bir yenilik baş verməyib. Sürüclərimiz və digər hərəkət iştirakçılarımız da elə keçən il bu vaxtlar olduqları kimi qalırlar. Hətta bir qədər pessimist olsa da, ola bilsin, geriləmə də var. Çünki yolda yol uğrunda amansız mübarizə aparan, başqalarına məhəl qoymayan, 200 metrlik məsafədə 5 dəfə zolaq dəyişən sürücülərin azalmasını müşahidə etmirik. Bu məsələlərdə cüzi də olsa, bircə müsbət şey görünməkdədir. Bəzi parklanma yerlərində ödənişlərin tətbiqi Bakının mərkəzi hissəsində parklanmaların idarə edilməsində tədricən irəliləyişə səbəb olmaqdadır. Parklanmaların düzgün təşkili, idarə edilməsi və zəruri nəzarət olsa, bəzi yerlərdə qanunsuz parklanmadan irəli gələn sıxlıq və tıxaclar azala bilər".
Onun sözlərinə görə, qeyd edilənlər o deməkdir ki, bu il də aqlomerasiyada əsas mobillik vasitələri fərdi avtomobillər və taksilər olmaqda davam edəcək: "Bu isə pessimistcəsinə bunu deməyə əsas verir ki, bu il daha ciddi tıxaclara şahid olacağımız gözlənilir. Təəssüf ki, illərdir, bu məsələlərə yetərincə diqqət ayrılmır. Bu il Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması haqqında sərəncam oldu. Amma hələlik bu Şuradan xəbər yoxdur. Amma gecikirik, çox gecikmişik. Ölkədə mobillik məsələsinə yenidən baxılmasa, bu sahəyə dövlət tərəfindən ciddi yatırım edilməsə, yığılıb qalan məsələlirin həlli ilə ciddi məşğul olunmasa, hər növbəti il daha pis mənzərəyə şahid olmaqda davam edəcyik".

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər