{category-title}

Laçın şəhəri günüdür - VİDEO
Bu gün Laçın şəhəri günü kimi qeyd olunur.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-i imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib.
Sərəncamda qeyd edilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.
Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.
30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunub və bu istiqamətdə işlər davam etdirilir.
Sərəncamdan irəli gələrək, Azərbaycanda hər il 26 avqust Laçın şəhəri günü kimi qeyd ediləcək.

Son xəbərlər

BİZİM TƏQVİM:23 iyunda baş vermiş tarixi hadisələr

Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir

ADSEA: Su təchizatı ilə bağlı tənzimləmə işləri yekunlaşmaq üzrədir

Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Dövlət başçısı: Azərbaycan-Türkmənistan münasibətləri möhkəm təməl üzərində qurulub

Bu il narkotiklə bağlı 2110 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

Sahibə Qafarova İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb

Ukrayna Voronejdə "İskəndər" və "Kalibr"in hissələrini istehsal edən zavoda hücum edib - YENİLƏNİB

Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək

“Bunun sonu pis olacaq” - Zelenski

Sabah Cəlilabadın üç kəndində qaz olmayacaq

Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

İvanovka yolunda ağır qəza - Ölən və yaralananlar var

Bu ərazilərdə işıq olmayacaq

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək

Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub

İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb

Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb

Bütün xəbərlər