{category-title}

Yeni futbol mövsümü: sürprizlərlə dolu start nə vəd edir?

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün startı sensasiyalı alındı. Az qala hər matçda gözlənilməzlik tapmaq mümkündür.

Xüsusən çempionluğa iddialılar - “Qarabağ” və “Neftçi”nin xalsız başlaması sürpriz oldu. Güclənəcəyi düşünülən “Səbail” öz meydanında böyük hesabla uduzdu. Çoxlu legionerlər gətirən “Araz Naxçıvan” da acınacaqlı nəticə ilə üzləşdi. “Sabah” isə “Qəbələ”ni meydana çıxdığına görə peşman etdi.

Stadionundakı problemlər səbəbindən ev oyununu Bakıda keçirən “Araz Naxçıvan”ın “Turan Tovuz”a məğlubiyyəti gözlənilən idi. Lakin 0:3 hesabı sanki oyunun gedişatına uyğun olmadı. Naxçıvanlılar meydanda rəqibindən açıq-aşkar zəif görünmürdülər. Hətta ilk yarıda komanda daha üstün tərəf idi. Lakin qapıçı Semir Bukviçin bərbad oyunu acınacaqlı nəticənin qeydə alınmasına səbəb oldu. “Araz-Naxçıvan” “bir vaqon” legioner gətirsə də, görünür, onların uyğunlaşması zaman alacaq. Üstəlik bu görüş Bukviçin simasında yeni gələnlərin keyfiyyətinə dair şübhələr oyatdı. “Turan Tovuz” isə böyükhesablı qələbəyə baxmayaraq, ən yaxşı oyununu göstərmədi. Qərb təmsilçisi təcrübənin və rəqibin fərdi səhvlərinin hesabına qalib gəlməyi bacardı.

“Səbail” - “Sumqayıt” (1:4) matçının nəticəsi sürprizdir. Paytaxt klubu yayda heyətini gücləndirib. Komandanın iddiasının artacağı gözlənilirdi. Lakin ilk tur düşüncələri alt-üst etdi. Göstərilən məzmunsuz, zəif futbol iddialarla üst-üstə düşmədi. Hələ heyəti tam komplektləşməyən “Sumqayıt” problemlərə rəğmən möhkəm kollektiv olacağının siqnalını verdi.

“Qarabağ”ın “Zirə”yə minimal hesablı (0:1) məğlubiyyətini heyətdəki rotasiyalarla əlaqələndirmək olar. Qurban Qurbanov “Rakuv”la oyundan sonra, HİK-lə matçdan öncə əsas heyət üzvlərinə dincəlmək imkanı yaratmışdı. Lakin məğlubiyyəti bütünlüklə bununla əlaqələndirmək də doğru deyil. Hər halda, fasilədən sonra bir sıra əsas heyət oyunçuları meydana çıxdılar. Lakin bu da komandaya kömək etmədi. “Qarabağ” əvvəlki mövsümlərdə də ölkədaxili yarışlarda rotasiyalara tez-tez əl atırdı. Lakin həmin zaman bu, problemə çevrilmirdi. Görünür, komandada eniş olması ilə bağlı düşüncələr üçün kifayət qədər əsas var. Nəticədə “Zirə” futbolçularının əməyini də diqqətdən kənar saxlamaq düzgün olmaz. Çoxlu dəyişikliklərə baxmayaraq, komanda yeni mövsümə hazır göründü. Tarixi ərzində “Qarabağ” üzərində ilk qələbəsini qazanan “qartallar” üçün ümidli başlanğıcdır.
“Qarabağ” kimi “Neftçi”nin də startı gözlənilməz oldu. Ağdam klubu iddialı “Zirə”yə boyun əymişdisə, “Neftçi” daha zəif “Kəpəz”lə bacarmadı - 0:1. Lakin qarşılaşmanın derbi əhəmiyyəti nəzərdən qaçırılmamalıdır. Bu komandaların tarixi rəqabəti var və belə görüşlərdə istənilən nəticənin qeydə alınması mümkündür. Bununla belə, “Neftçi”dən səfərdə olsa belə, “Kəpəz”ə qalib gələcəyi gözlənilirdi. Komandanın baş məşqçisi Adrian Mutu məğlubiyyəti yorğunluqla əlaqələndirib. Həqiqətən, “Jelezniçar”la matçın üzərindən çox keçməmişdi. Komandanın yay fasiləsində hazırkı məşqçi heyətinin rəhbərliyi altında toplanış keçmədiyini nəzərə alsaq, belə problemlərin yaşanması anlaşılandır. Lakin “Neftçi” tezliklə toparlanmalıdır. Bir məğlubiyyət faciə deyil, amma bunun davamlı olmasına imkan vermək olmaz.

Birinci turun ən sanballı futbolunu “Sabah” oynadı. “Futuristlər” “Qəbələ”ni darmadağın etdilər - 5:0. İlk turda çempionluğa iddialılar arasında ad olaraq ən güclü rəqib məhz “Sabah”ın payına düşmüşdü. Ən azı ona görə ki, “Qəbələ” avrokubok təmsilçimizdir. Lakin meydanda çox böyük keyfiyyət fərqi var idi. Gözəl oyunla asan qələbə Murad Musayevin çempionluq iddiasının çox böyük olduğunu startdaca ortaya qoydu. “Qəbələ” isə liderlərini əldən verdiyindən çox zəifləyib. Bu mövsüm “qırmızı-qaralar”ın “qara zolaq”ları daha çox olacaq.

“Futbol ili” sürprizlərlə start götürdü. Ancaq ilk turun nəticələri hər hansı qənaətə gəlmək üçün kifayət deyil. Yəqin ki, ilk dövrənin sonuna doğru komandaların real gücü barədə daha dolğun təsəvvür formalaşacaq. İndiki məqam komandalara boşluqları, problemləri görmək üçün imkan yaratdı. Hələ heyəti komplektləşdirmək, dəyişikliklər etmək üçün vaxt var. Nəticələri daha dəqiq təhlil edən, doğru yanaşma tətbiq edənlər yekunda istəklərinə nail ola biləcəklər.

Son xəbərlər

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Ermənistanın hücumları nəticəsində Laçında yaralanmış şəxs: İşğal zamanı qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb

Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

İran və Avropa üçlüyü XİN başçıları telefon danışığı aparacaq

Bütün xəbərlər