{category-title}

“Aytac iri pullar alırdı, İlknur xırda-xuruş işlərlə məşğul idi”

Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun cinayət işi üzrə məhkəmə istintaqının son mərhələsi keçirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda iş materiallarına daxil olan bir neçə sənəd tədqiq olunub.

Proses başlayan kimi İlknur Turkutun vəkili bundan əvvəlki yazımıza görə jurnalistlərin zaldan çıxarılmasını istəyib.

Hakim Rasim Sadıxovun “bunun üçün əsaslı səbəb göstərə bilərsinizmi?” sualına isə vəkil cavab verə bilməyib. Hakim bu məqamda fürsətdən istifadə edib jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək medianın müstəqil olduğunu vəkilin diqqətinə çatdırıb.

Prosesin davamında Aytac Əliyeva bacısı İlknurun şahid qismində verdiyi ifadəni elan edir. Hiss olunur ki, A.Əliyeva artıq bacısı ilə eyni cəbhədə çıxış etmir, bir çox məsələlərdə onu ittiham edir:

“Müstəntiq dindirmə zamanı İlknurun dediyi sözləri mənim sözlərim kimi qeyd edib. Çaşdırıcı suallar verməkdən əlavə İlknurun səs yazısını belə mənim səsim kimi təqdim ediblər. Ona görə müstəntiqin də məhkəmədə dindirilməsini istəyirdim”.

Eks-bələdiyyə sədri iş üzrə ən çox-189 min manat ziyan dəydiyi iddia olunan Aygün və Zarina Məmmədova bacıları ilə də heç bir iş görmədiyini, bu işlərin də İlknurun əməli olduğunu deyib:

“Möhtərəm hakim, xahiş edirəm diqqət edin. Aygünün mənlə vatsap yazışmasından bir cümləni oxumaq istəyirəm: "Aytac, mən səndən çox İlknurla görüşürəm. Onunla işlər görürük”.

Mən də cavabında yazdım ki, həə, xeyirli olsun!

İndi ortaya bir sual çıxır. Mən bu qədər pul almışamsa, niyə yazmır ki, mən səninlə və İlknurla birgə iş görmüşəm. Bu vaxt Aygünün zalda əyləşmiş anası G. Məmmədova səsini qaldıraraq etiraz edib: “Mən evsiz-eşiksiz çöldə qalmışam. İkiniz bir işləyirdiz. Aytac iri pullar alırdı, İlknur xırda-xuruş işlərlə məşğul idi”.

Hakim zərərçəkmişdən sakit olmasını tələb edərək əlavə edir: “Ortada real mesajlar var, hiss olunur ki, Aytac düz deyir”.

Proses avqustun 1-də davam edəcək.

Qeyd edək ki, bacılar 2021-ci ildə həbs ediliblər. Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri, İlknurTurkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.

A.Əliyeva həbsdə, İ.Turkut isə ev dustaqlığındadır.

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər