{category-title}
Gündəm / İdman
11.07.2023, 13:51
Erməni idmançılar Bakıya gələcək
Ermənistanın atıcılıq komandası avqustun 14-31-də Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcək.
Bu barədə atıcılıq üzrə Ermənistan yığmasının baş məşqçisi Seyran Nikoqosyan bildirib.
O, ünvanlanan məktuba Azərbaycan tərəfindən müsbət cavab gəldiyini qeyd edib: "Bizim üçün hər şey təmin olunacaq, heç bir problem olmayacaq. Dünya çempionatına gedəcəyik".