{category-title}

“Beynəlxalq Qırmızı Xaç Komitəsi Qarabağda qanunsuz fəaliyyətlə məşğuldur”

“Beynəlxalq Qırmızı Xaç Komitəsinin erməni bürosunun istər Ermənistanda, istərsə də Qarabağda fəaliyyət göstərən nümayəndələri hələ Birinci Qarabağ müharibəsində separatçılarla işbirliyi çərçivəsində qanunsuz fəaliyyətlə məşğul olurdular”.

Bunu Report-a açıqlamasında hərbi ekspert Ramin Məmmədli deyib.

Onun sözlərinə görə, əsir və girovluqdan qayıdan Azərbaycan vətəndaşlarının açıqlamaları da bunu təsdiqləyir:

“Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan nümayəndəliyi Vətən müharibəsindən ötən üç ilə yaxın müddətdə də müəyyən qanunsuzluqlar törədib. Bu qanun pozuntuları isə cinayət məsuliyyətinə cəlb edilməli olan bəzi separatçıların Laçın yolu vasitəsilə ərazidən çıxarılması və ya gətirilməsidir.

Artıq bəlli olur ki, həmin addımları atan qurum eyni zamanda Qarabağdakı separatçı ermənilərə hərbi təyinatlı vasitələrin daşınmasını da həyata keçirə bilər. Lakin Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətinin əsas istiqaməti əsir və girovlara kömək göstərməkdir. Təəssüf ki, adıçəkilən komitə nə Vətən müharibəsinə kimi, nə də müharibədən sonra azərbaycanlı əsir və girovlara yetərincə dəstək olub, nə də humanitar yardım edib”.

R.Məmmədli vurğulayıb ki, ümumiyyətlə, Qarabağda fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri yalnız və yalnız Azərbaycan nümayəndəliyinin üzərindən bu işləri koordinasiya edib fəaliyyət göstərə bilərlər:
“Azərbaycan ərazisində heç bir halda hansısa xarici təşkilatın digər bir ölkədəki nümayəndəliyinin əməkdaşları fəaliyyət göstərə bilməz. Bunun özü, ilk növbədə, qanunsuzluqdur. İkinci qanunsuzluq isə bu və ya digər formada separatçı ermənilərə dəstək verməkdir. Bir neçə ay əvvəl Naxçıvan istiqamətində yolu azaraq Ermənistan tərəfə keçən Azərbaycan hərbçilərinə də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən lazımi humanitar və hüquqi dəstək verilməyib”.

Qeyd edək ki, Ermənistan ilə dövlət sərhədində Laçın buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən BQXK-ya məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıblar.

Azərbaycan Dövlət Sərhəd Xidmətindən bildirilib ki, ötən müddət ərzində DSX əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb.

Son xəbərlər

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir

İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO

Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik

Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək

Türkiyədə bələdiyyə sədri saxlanılıb

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

Putin İlham Əliyevi təbrik etdi

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...

Metronun hərəkət qrafiki dəyişdirilir

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

QMİ Qurban bayramı ilə bağlı fətva verib

Xəzər dənizində zəlzələ olub

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

Bütün xəbərlər