{category-title}

AzerTelecom və Kazakhtelecom Transxəzər layihəsi çərçivəsində müqavilə imzalayıb


“AzerTelecom” və “Kazakhtelecom” arasında Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə Transxəzər Fiber-Optik Rabitə Xəttinin tikintisi və istismarı üzrə birgə müəssisənin yaradılmasına dair Səhmdarlar müqaviləsi imzalanıb. Layihənin mühüm hissəsi olan bu müqavilə onun yekunlaşdırılması istiqamətində tərəflərin birgə səylərini və fəaliyyətlərini əks etdirir.

Sənəd “AzerTelecom” şirkətinin daxil olduğu NEQSOL Holding-in Telekom rəhbəri Vasil Latsaniç və “Kazaktelecom”un İdarə Heyətinin sədri Kuanışbek Yesekeyev tərəfindən imzalanıb.

Sənəd özündə birgə müəssisənin məqsəd və vəzifələrini, xüsusilə idarəetmə məsələlərini, eləcə də Azərbaycan-Qazaxıstan marşrutu üzrə Transxəzər Fiber-Optik Rabitə Xəttinin tikintisinə və istismarına dair müddəaları əks etdirir.

Transxəzər Fiber-Optik Rabitə Xətti “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin Asiya seqmenti olaraq bağlantı xidmətlərinin göstərilməsi üçün rəqəmsal infrastrukturun inkişafında və Avropa ilə Asiyanı birləşdirəcək rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasında xüsusi rol oynayır.

NEQSOL Holding-in Telekom rəhbəri Vasil Latsaniç müqaviləni şərh edərək vurğulayıb ki, Transxəzər Fiber-Optik Rabitə Xətti regionları birləşdirərək və coğrafi sərhədləri aşaraq yüksək tutumlu məlumatların ötürülməsinə imkan verəcək.

“AzerTelecom” və “Kazakhtelecom” arasında əməkdaşlıq yeni bazarlara çıxışın yaradılmasına, ölkələrin internetdən istifadə etməsi, eləcə də məlumatların ötürülməsi imkanlarının yaxşılaşdırılmasına öz töhfəsini verəcək. Bununla yanaşı, Xəzər dənizinin dibi ilə çəkiləcək ilk sualtı kabel marşrutunun yaradılması, bu layihəni unikal edən amillərdən biridir”, - deyə Vasil Latsaniç bildirib.
“AzerTelecom” şirkətinin Əməliyyatlar üzrə Baş direktoru Sergey Nazarenkonun sözlərinə görə, birgə müəssisənin yaradılması regionumuzun kommunikasiya infrastrukturunun mənzərəsini dəyişəcək, eləcə də ölkələrin və bizneslərin rəqəmsal inkişafı üçün böyük imkanlara qapı açacaq maraqlı bir səyahətin yeni mərhələsidir.

“Kazakhtelecom” şirkətinin İdarə Heyətinin sədri Kuanışbek Yessekeyev qeyd edib ki, “Kazakhtelecom” və “AzerTelecom” öz sahələrində aparıcı şirkətlər olaraq bu layihənin transformasiya potensialını yüksək qiymətləndirir və onu reallaşdırmaq üçün qüvvələrini birləşdiriblər. “Biz birlikdə Transxəzər Fiber-Optik Rabitə Xəttinin uğurlu tikintisini və istismarını təmin etmək üçün təcrübəmizi, resurslarımızı və baxışımızı birləşdirəcəyik”, - deyə o, qeyd edib.

“AzerTelecom” Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. NEQSOL Holding 9 ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir.

“Kazakhtelecom” Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir.

Son xəbərlər

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir

İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO

Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik

Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək

Türkiyədə bələdiyyə sədri saxlanılıb

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

Putin İlham Əliyevi təbrik etdi

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...

Metronun hərəkət qrafiki dəyişdirilir

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

QMİ Qurban bayramı ilə bağlı fətva verib

Xəzər dənizində zəlzələ olub

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

Bütün xəbərlər