{category-title}

Çavuşoğlu da postunu təhvil verdi - Video
Türkiyənin sabiq XİN rəhbəri Mövlud Çavuşoğlu öz postunu yeni nazir Hakan Fidana təhvil verib.

Bu barədə məlumatı “TRT Haber” yayıb. 

“2014-cü il avqustun 24-ü icra etməyə başladığım vəzifəm ərzində böyük bir şərəflə çalışdım. İndi bayrağı təhvil vermək növbəsi mənə çatdı. 8 il ərzində daşıdığım Xarici İşlər Nazirliyi bayrağını dəyərli qardaşım Hakan Fidana təhvil verirəm”, - deyə Çavuşoğlu mərasim zamanı qeyd edib.

Həmçinin mərasimdə çıxış edən Hakan Fidan ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib: “Milli Kəşfiyyat Təşkilatında (MİT) 13 il davam edən və ciddi məsuliyyət tələb edən vəzifəmin ardından, eyni dərəcədə məsuliyyət tələb edən XİN-ə rəhbər təyin olunmağım səbəbi ilə mənə göstərilən etimada görə cənab Prezidentimizə təşəkkür edirəm”.

Xatırladaq ki, 55 yaşlı Çavuşoğlu fəaliyyətini millət vəkili olaraq davam etdirəcək.

Qeyd edək ki, Türkiyədə yeni Nazirlər Kabinetində yer alan nazirlər bu gün təhvil-təslim mərasimlərini başa çatdıracaqlar. İyunun 4-ü 8 nazirin təhvil-təslim mərasimi baş tutub. Bu gün isə 7 nazir öz postunu təhvil verəcək. 

Son xəbərlər

Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək

İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək

Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ

İsrail ordusu Livanda ciddi itkilər verdi

İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır

Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi

Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır

İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb

Oğuzda narkotik alverçiləri saxlanıldı

Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü

Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək

Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub

İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı

Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq olub

Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb

I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır

Azərbaycan XİN İslandiyanı təbrik edib

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Baş nazir Əli Əsədova "Bright Uzbekistan" layihəsi təqdim olunub

ABŞ Sakit okeanda daha bir gəmiyə zərbə endirib

Bütün xəbərlər