Şentop səlahiyyətlərini Baxçalıya təhvil verdi
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop səlahiyyətlərini Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalıya təhvil verib.
Bu barədə məlumatı “TRT Haber” yayıb.
Baxçalı TBMM-ə yeni sədr seçilənə qədər müvəqqəti olaraq sədr vəzifəsini icra edəcək.