{category-title}

Restoranda yeyib-içəndən sonra qaçdı - Qadınlar evinə basqın etdi

Bir neçə gün əvvəl Zaqatala rayonunun kəndlərindən birində qəribə hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Zaqatala rayon sakini Z.Şıxıyeva (şərti) gecə saat 01 radələrində polisə müraciət edərək sərxoş halda olan iki qadının onun evinə gələrək səs-küy saldığını və həyat yoldaşını axtardıqlarını bildirib.

Dərhal hadisə yerinə polis əməkdaşları yollanıb. Məlum olub ki, həqiqətən 2 qadın sərxoş vəziyyətdə Z.Şıxıyevanın evinə basqın edərək insident yaradıb. Polislər həmin qadınları intizama dəvət etsələr də, onlar tabesizlik göstəriblər və bir neçə saat ərzində səs-küy salmağa, Z.Şıxıyevadan ərini oraya gətirməsini tələb etməyə davam ediblər.

Bundan sonra onlar saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinə aparılıblar. Araşdırmalar zamanı məlum olub ki, onlar Zaqatala sakinləri 1990-cı il təvəllüdlü R.M. və 1989-cu il təvəllüdlü Z.B-dır. Onlar verdikləri ifadələrdə bildiriblər ki, həmin gün Emin (şərti) adlı tanışları ilə Zaqatalanın Yuxarı Tala kəndində yerləşən restoranlardan birində yeyib-içiblər. Bu zaman Emin qadınlardan restoranın hesabını vermək və siqaret almaq məqsədilə 75 manat pul alaraq kabinetdən çıxıb. Eminin qayıtmadığını görən qadınlar onu axtarmağa başlayıblar və həmin şəxsin çıxıb getdiyi məlum olub.

Bundan əsəbiləşən qadınlar soraqlaşaraq Eminin evini tapıblar və onun yaşadığı yerə yollanıblar.
Zaqatala RPŞ-də saxlanılan qadınların hər biri barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Onlar daha sonra Zaqatala Rayon Məhkəməsinə göndərilib. Hakim Tural Həsənovun sədrliyi ilə baxılan protokollara əsasən hər iki şəxs 150 manat cərimə edib və onların məhkəmə zalından azadlığa buraxılmasına dair qərar çıxarılıb.

Son xəbərlər

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir

İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO

Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik

Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək

Türkiyədə bələdiyyə sədri saxlanılıb

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

Putin İlham Əliyevi təbrik etdi

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...

Metronun hərəkət qrafiki dəyişdirilir

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

QMİ Qurban bayramı ilə bağlı fətva verib

Xəzər dənizində zəlzələ olub

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

Bütün xəbərlər