{category-title}

Özbəkistanda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xatirə poçt markası buraxılıb


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və sifarişi ilə respublikanın Dövlət Poçt İdarəsi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ozarbayjon xalqining Umummilliy Lideri Haydar Aliyevning 100 yilligi" adlanan poçt markası buraxılıb.

Bu barədə Mədəniyyət Mərkəzindən bildirilib.

Üzərində Ulu Öndərin portreti əks olunan poçt markası 2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Heydər Əliyev ili" elan edilməsi ilə əlaqədar olaraq hazırlanıb.

"Ozarbayjon xalqining Umummilliy Lideri Haydar Aliyevning 100 yilligi" adlanan poçt markası xatirə üçün Azərbaycan və Özbəkistanın muzeylərinə, hər iki ölkənin dövlət və hökumət nümayəndələrinə göndərilməklə yanaşı, Özbəkistanda daxili və beynəlxalq dövriyyəyə buraxılacaq.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Özbəkistanda silsilə tədbirlər davam edir və Mərkəz Ulu Öndərin zəngin irsinin təbliği məqsədi ilə bir sıra layihələr həyata keçirir.

Qeyd olunub ki, yaxın günlərdə Heydər Əliyevə həsr olunmuş özbək dilində nəşr işıq üzü görəcək, Özbəkistanın aparıcı universitetində Heydər Əliyev auditoriyasının açılışı nəzərdə tutulub.

Report

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər