{category-title}

Parlamentdə Heydər Əliyevə həsr olunan sərgi - FOTO

Mayın 16-da Milli Məclisin inzibati binasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi nümayiş etdirilib.

Parlamentin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan xarici ölkələrin nümayəndələri sərgi ilə tanış olublar.

Sərgidə Milli Məclisin sədri Sahibə Qafarova, xarici ölkələrin spikerləri, vitse-spikerləri, parlament üzvləri, beynəlxalq təşkilatların və xarici dövlətlərin diplomatik korpusunun təmsilçiləri iştirak ediblər.

Əvvəlcə qonaqlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyatının, siyasi fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən və simvolik olaraq 100 fotodan ibarət fotosərgi ilə tanış olublar. 8 bölümdən ibarət fotosərgidə Heydər Əliyevin uşaqlıq və gənclik illərindən başlamış Dövlət Təhlükəsizliyi orqanlarında çalışdığı, Azərbaycana ilk dəfə rəhbərlik etdiyi, keçmiş SSRİ-nin rəhbərliyində təmsil olunduğu, həmçinin Naxçıvanda yaşadığı, Azərbaycan parlamentinin sədri olduğu və ölkəmizə ikinci dəfə rəhbərlik etdiyi dövrlərə dair fotolar öz əksini tapıb. Qonaqlara Heydər Əliyevin dövləti və xalqı qarşısındakı misilsiz xidmətləri, Azərbaycanın ən taleyüklü məqamlarında göstərdiyi siyasi müdrikliyi, müasir müstəqil Azərbaycanın quruculuğu yolunda həyata keçirdiyi nəhəng işlər barədə fotoların müşayiəti ilə məlumat verilib.

Sonra qonaqlar Milli Məclisin deputatı, əməkdar rəssam Ülviyyə Həmzəyevanın Ulu Öndər Heydər Əliyevə həsr etdiyi və yeni üslubda çəkilmiş rəsm əsərləri ilə tanış olublar. Qonaqlara məlumat verilib ki, “Heydər Əliyev”, “Şuşa, sən azadsan”, “Turan ruhu”, “Nuh tufanı” və digər rəsm əsərlərində simvolikadan, mifologiyadan və qədim Azərbaycan naxışlarından istifadə olunub.

Sərgidə nümayiş etdirilən eksponatlar qonaqlar tərəfindən maraqla qarşılanıb.

Sonra ölkəmizdə səfərdə olan 12 ölkənin parlament sədrləri Ulu Öndər Heydər Əliyevin Milli Məclisin inzibati binasında ucaldılmış abidəsini ziyarət ediblər, abidənin önündə xatirə şəkli çəkdiriblər.

Parlamentdə Heydər Əliyevə həsr olunan sərgi - FOTO

Parlamentdə Heydər Əliyevə həsr olunan sərgi - FOTO

Parlamentdə Heydər Əliyevə həsr olunan sərgi - FOTO

 

 

Son xəbərlər

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb

Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək

Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir

Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

Ərdoğan futbolçuları belə təbrik etdi - Video

Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub

Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib

Son 8 ayda ölüm sayı açıqlanıb

Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Keçmiş icra başçısı vəfat etdi

Bakıda qadın evdə doğuş etdi

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Bütün xəbərlər