{category-title}

Hüseyin Şahmalıyev - Azərbaycan Respublikası son illərdə ölkə Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi sayəsində daha sürətlə inkişaf etməkdədir. Ölkəmiz iqtisadi, siyasi, hərbi və digər sahələrdəki diqqətçəkən uğurlarını ötən hər gün sıralamaqdadır. 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərimiz artıq yaxın tariximizin qızıl hərflərlə yazılmış bir səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əzmi və qətiyyəti ilə “Böyük Qayıdış” arzumuz da reallaşır. Bütün bu uğurların təməlində isə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə formalaşdırılmış Azərbaycan Respublikasının inkişaf strategiyası dayanır. Dövlət başçımız Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı Şuşa şəhərindən Azərbaycan xalqına etdiyi müraciətdə bir çox vacib məsələlərə münasibət bildirdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirdi ki, artıq “Böyük Qayıdış”a başlanmışdır. Müharibədən cəmi iki il yarım keçməsinə baxmayaraq artıq keçmiş məcburi köçkünlər bütün lazımi şəraitlə təmin olunmuş iki kəndə qayıtmışlar. Bu proses yaxın vaxtlarda getdikcə daha da geniş vüsət alacaqdır. Bütün vətəndaşlarımız öz doğma yurdlarına qayıdacaqlar. Vətəndaşlarımızın sosial problemlərinin vaxtında və planlı şəkildə həlli dövlətimizin siyasətinin prioritet istiqamətidir.

Müasir XXI əsrin reallıqlarını nəzərə alaraq Azərbaycan Respublikası yüksək texnologiyaların inkişafına və səmərəli tətbiqinə hesablanmış çox düzgün addımlar atır. Azərbaycanda kosmik sənayenin inkişafının çox böyük potensialı var və gələcəkdə ölkəmizin məhz bu istiqamətdə daha da inkişaf edəcəyinə əminik. Artıq müasir dünyada texnologiyalar hər bir sahədə həlledici amilə və gücə  çevrilməkdədir.

Müasirliklə bərabər Azərbaycanda görülən bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır. Xalqımız ənənəvi dəyərlərinə sadiq qalaraq öz gələcəyini çox möhkəm milli-mənəvi təməl üzərində qurur. Gənc nəsil milli-mənəvi dəyərlərə, öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlı yetişir. Müasir Azərbaycan gəncliyi yüksək ümumbəşəri və milli-mənəvi dəyərlərə sahibdir. Məhz Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə formalaşmış Azərbaycan gəncliyi uzun illər ərzində işğal altında olan torpaqları azad etdi, Şuşa kimi alınmaz qalada üçrəngli, ay-ulduzlu bayrağımızı qürurla dalğalandırdı.

Azərbaycan dövləti ordu quruculuğu məsələlərini daim xüsusi diqqətdə saxlayır, bu məsələyə sistemli şəkildə yanaşır. İkinci Qarabağ müharibəsindən sonra ordumuz daha da güclənmiş, onun maddi-texniki təminatı daha yüksək səviyyəyə qaldırılmışdır. Artıq Azərbaycan Ordusu həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərindən dünyanın ən güclü ordularının sırasındadır.

Doğma Qarabağımızı, Şuşamızı azad görmək Ulu Öndər Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının ən böyük arzusu idi. Bu tarixi missiya uğurla yerinə yetirildi. Bu gün Qarabağ və Şərqi Zəngəzur əzəmətli tikinti meydançasını xatırladır. Xalqımız bu torpaqları artıq dirçəldir. Biz tam əminik ki, Ulu Öndər Heydər Əliyev ideyalarına daim sadiq olan Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hələ neçə-neçə qələbələr və uğurlar qazanacaq.

Son xəbərlər

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb

Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək

Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir

Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

Ərdoğan futbolçuları belə təbrik etdi - Video

Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub

Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib

Son 8 ayda ölüm sayı açıqlanıb

Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Keçmiş icra başçısı vəfat etdi

Bakıda qadın evdə doğuş etdi

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Bütün xəbərlər