{category-title}

Mehriban Əliyeva Heydər Əliyevlə bağlı paylaşım etdi
Birinci vitse-prezident Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə instaqram hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Heydər Əliyevin nurlu xatirəsinə
10.05.2023.  Şuşa.
Əsrarəngiz və bənzərsiz Şuşa.
Ağaclar sıx çətirli, hava təmiz, şəffaf, nəfəs sanki həyatverici eliksir kimidir. Səma son dərəcə mavidir.
Daş döşənmiş dar küçələr. Yerlə-yeksan olmuş evlər, dağıntılar, amma özünəməxsus, doğma görkəmini qoruyub saxlamış dağıntılar.
Ətrafda biçilməmiş sıx otlar. Bəzi yerlərdə al lalələr baş qaldırıb.
Şuşanın sədasını necə təsvir etmək olar? Bəzən bu, tam, lal sükutdur. Quşların səsi, yarpaqların pıçıltısı şəhərin nəfəsidir.
Gəzmək, küçə və döngələr boyu dolanmaq, ağaclara toxunmaq, qədim daşlara sığal çəkərək ovcunla güllələrin izini silmək istəyirsən.
Cıdır düzündə vaxtın necə keçdiyini hiss etmirsən. Ətrafda ancaq ucsuz-bucaqsız dağlar və mavi səma görünür. Otun üzərində uzanasan və bəxtin gətirsə, qartalların səssiz uçuşunu – sanki yavaşıdılmış çəkilişdəki kimi onların nəhəng qanad çalmağını seyr edəsən.
Sehrli Şuşa şəhərində qəlbində olan hisslərini təsvir etmək üçün sözləri necə seçəsən? Fikirlər məni keçmişə aparır...
Ölkə uçurum kənarındadır, işğal olunmuş torpaqlar, xəyanətin qurbanı olmuş Şuşa.
Köçkünlər, köçkünlər, yüz minlərlə köçkün...
Çaşqınlıq, bəla və sonsuz ağrı-acılar. Bax, belə bir vaxtda - 1993-cü ilin payızında Siz – yaşlı, ağır xəstəlik keçirmiş İnsan Azərbaycana rəhbərlik etməyə başladınız. Sanki Siz və ölkə eyni zamanda xəstəliyə düçar olmuşdunuz. Sanki itkilərin, ədalətsizliyin şiddətli ağrısı Sizi yenidən xalqa, xalqı isə Sizə qaytardı.
Sonrası Uca Tanrı tərəfindən yazılmışdır. Sonra bizi ecazkar Şuşa şəhərinə uzun yol gözləyirdi.
Sonra sağalma, dirçəliş, qurub-yaratma. Qürurumuzu özümüzə qaytarma. Zəfər qazanıldı!
Uca Tanrının yazısı Sizin müdrikliyiniz, sarsılmaz, möhkəm iradəniz, Vətəninizə, bizim hər birimizə sonsuz sevginiz sayəsində gerçək oldu.
Gözlərimin önündə sevincli, işıqlı, həyəcanlı xatirələr canlanır. Bu xatirələr mənimlədir, mənimlə olacaq.
Sizin gözləriniz, təbəssümünüz, gülüşünüz və göz yaşlarınız. Danışdığınız əhvalatlar, verdiyiniz məsləhətlər, heç də asan olmayan suallara cavablarınız. Bağışlamaq, sevmək bacarığınız.
Sizin əyilməzliyiniz, iradəniz, öz xalqınıza inamınız – bütün bunlar əbədi olaraq bizimlədir.
Orada - uzaqlarda, səmalarda Siz Şuşanın səsini eşidir və hamımıza öz sevginizi, bizə, Azərbaycana inamınızı göndərirsiniz.
Heç də təsadüfi deyil ki, bu gün Cıdır düzünün səmasında məğrur qartallar qanad çalır.
Sizə sonsuz ehtiramla”.
Mehriban Əliyeva Heydər Əliyevlə bağlı paylaşım etdi

Son xəbərlər

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb

Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək

Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir

Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

Ərdoğan futbolçuları belə təbrik etdi - Video

Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub

Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib

Son 8 ayda ölüm sayı açıqlanıb

Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Keçmiş icra başçısı vəfat etdi

Bakıda qadın evdə doğuş etdi

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Bütün xəbərlər