pressxeber.info
pressxeber.info

Azərbaycan karateçisi İrina Zaretska dünya çempionu olub

273 dəfə baxılıb 10-11-2018, 20:19

Madriddə təşkil olunan çempionatda idmançımız 68 kiloqram çəki dərəcəsində yarışın final görüşündə rusiyalı Viktoriya İsayeva ilə qarşılaşıb.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, rəqibinə qalib gələn İrina Zaretska dünya çempionatının qızıl medalını qazanıb.

Qeyd edək ki, bu gün milli komandamızın üzvü Rəfael Ağayev özbəkistanlı rəqibinə qalib gələrək bürünc medala sahib olub.

Olimpiadanın proqramına daxil edildikdən sonra ilk dünya çempionatına rekord sayda - 140 ölkədən 1147 idmançı, parakarateçilərin yarışında isə 33 ölkədən 100 atlet mübarizəyə qatılıb. Azərbaycan karateçiləri fərdi kata və kumite yarışlarında, eləcə də komandaların kata və kumite və para-karate üzrə turnirdə çıxış edirlər. İdmançılarımız yalnız qadınlar arasında kata komandalarının yarışında tatamiyə çıxmayıb


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Mayıs 2021    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi