{category-title}

Yeni medalla kimlər təltif edilə bilər? - Foto


“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib.

Bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb.

“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə və “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsviri təsdiq edilib.

Təltif edilən şəxslər

“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycanın və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif edilirlər:

- Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin tədqiqində və təbliğində xüsusi xidmətlərinə görə;

- Azərbaycanın dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında xüsusi xidmətlərinə görə;

- azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə;

- sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə görə;

- Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasına və inkişafına, Azərbaycanın tərəqqisinə və şöhrətinin artmasına töhfə verən xidmətlərinə görə;

- Azərbaycanın sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə;

- dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə.

“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində qeyd olunan şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda ordenlərdən sonra taxılır.

Yubiley medalının təsviri

Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) üzəri 999.9 əyarlı qızıl qatı ilə örtüləcək soyuq ştamplama üçün nəzərdə tutulmuş xüsusi tərkibli əlvan metaldan hazırlanan ümumi diametri 42 mm olan, bir-birinin üzərinə qoyulmuş iki səkkizguşəli ulduzdan ibarətdir.

- Medalın ön tərəfində hər bir guşəsi relyefli xətlərlə işlənmiş səkkizguşəli ulduzun üzərində guşələri ağ rəngli mina ilə işlənmiş səkkizguşəli ulduz yerləşdirilmişdir. Ağ minalı səkkizguşəli ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış, diametri 26 mm olan dairəvi lövhə yerləşdirilib. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca “HEYDƏR ƏLİYEV” sözləri, aşağı qövs boyunca “1923-2023” rəqəmləri yazılıb.

- Daxili çevrənin içərisində, mərkəzdə Heydər Əliyevin barelyefi həkk olunub. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır, qızılı rəngdədir.

- Medalın arxa tərəfi hamar səthlidir. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

- Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, yuxarı hissəsinə 34,5 mm x 1,5 mm ölçülü və aşağı hissəsinə 34,5 mm x 7,5 mm ölçülü, üzərində dəfnə yarpaqlarından ibarət çələng həkk olunmuş qızılı rəngli hamar lövhə bərkidilmiş, 31,5 mm x 15 mm ölçülü xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

Xara lentin üzərində hər birinin eni 10,5 mm olan, Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərini əks etdirən yaşıl rəngli, qırmızı rəngli və mavi rəngli şaquli zolaqlar əks olunmuşdur.

Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş, 31,5 mm x 9 mm ölçülü qəlib əlavə olunur.

Yeni medalla kimlər təltif edilə bilər? - Foto

Son xəbərlər

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb

Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək

Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir

Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

Ərdoğan futbolçuları belə təbrik etdi - Video

Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub

Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib

Son 8 ayda ölüm sayı açıqlanıb

Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Keçmiş icra başçısı vəfat etdi

Bakıda qadın evdə doğuş etdi

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Bütün xəbərlər