{category-title}

Gündəm / Dünya
26.04.2023, 15:55
Türkiyədə neft tankeri avtomobillə toqquşdu - Ölən və yaralılar var

Türkiyənin Şırnak şəhərinin İdil rayonunda neft daşıyan tanker avtomobillə toqquşub.
Qəza nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Nəqliyyat vasitəsinin sürücüsü Abdurrahman Laçın hadisə yerində dünyasını dəyişib. Xəsarət alanlar İdil Dövlət Xəstəxanasına aparılıb.
Qəzadan sonra tankerdə başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.